Digər
ŞOK: Türkiyə üçün “canlı bombalar” bu ölkədə hazırlanır
İstanbulun Çağlayan Ədliyyəsinin prokuroru Mehmet Səlim Kırazı girov götürən İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) terror təşkilatının üzvü Mehmet Şafak Yaylanın 2012-ci ildən terror aktları törədə biləcək şəxslərin siyahısında olduğu ortaya çıxıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Terrorla Mübarizə üzrə Şöbə Müdirliyi 2012-ci ildə “canlı bomba” hərəkatı həyata keçirəcək terrorçuların adlarının olduğu siyahını hazırlayıb.
Şafak Yaylanın adının da olduğu siyahı həmin il bütün polis bölmələrinə paylanılıb. DHKP-C terror təşkilatının üzvləri olan Şafak Yayla və Bahtiyar Doğruyolun Yunanıstanda yerləşən Lavrion düşərgəsində kamikadze təlimi keçdiyi müəyyənləşdirilib.
“Vatan” nəşrinin yazarı Murad Çelikin yazdığına görə, prokuroru girov götürən terrorçuların bağlı olduğu təşkilat səs gətirəcək yeni terror aktlarına hazırlaşır. Yazar qeyd edib ki, təşkilatın planları Türkiyənin kəşfiyyat hesabatlarında da əksini tapıb.
“Seçkilərə gedən Türkiyədə son dövrdə universitetlərdə yaşanan hərəkətlilik... İndi belə bir cinayət... Başda ölkəni idarə edənlər, idarə etməyə namizəd olanlar və digər səlahiyyətlilərın hamısı diqqətli və həssas olmalıdır. Daha əvvəllər gördüyümüz filmləri yenidən izləmək istəmirik”, - yazar qeyd edib.
Ömər Dağlı
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ