Digər
Kənd təsərrüfatı məhsullarının qiyməti düşüb
Aprel ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,9 faiz, o cümlədən birillik bitkilərin və diri heyvanlar və heyvandarlıq məhsullarının uyğun olaraq 0,1 və 2,2 faiz ucuzlaşıb. Çoxillik bitkilərin istehsalçı qiymətləri isə 2,1 faiz bahalaşıb. Balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətləri 1,5 faiz ucuzlaşıb.
Birillik bitkilərdən buğdanın, arpa dəninin, kartofun, yoncanın istehsalçı qiyməti ucuzlaşıb. Lobya və noxud dəninin, günəbaxan toxumunun, pomidorun istehsalçı qiyməti isə bahalaşıb.
Çoxillik bitkilərdən almanın, badamın, şabalıdın, fındığın, tərəvəz şitilinin istehsalçı qiyməti qalxıb. Qozun, gül şitilinin istehsalçı qiyməti isə ucuzlaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından südün, mal və qoyun ətinin (diri çəkidə), diri ev quşlarının, yumurtanın, quş ətinin (diri çəkidə) istehsalçı qiyməti ucuzlaşıb.
İqtisadiyyat şöbəsi
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO