Digər
"Bakcell" futbol jurnalistlərinə təlim keçdi - FOTOLAR
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi "Bakcell" şirkəti Azərbaycan Jurnalistlər Şəbəkəsi (AJN) İctimai Birliyi ilə birgə “Azərbaycanda futbol jurnalistikasına dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün iki günlük təlim keçirib.
Təlimin məqsədi milli mətbuatda futbol üzrə ixtisaslaşan jurnalistlərin bilik və bacarıqlarını təkmilləşdirməkdir. Futbol xəbərlərinin auditoriyaya daha yaxşı formada çatdırılması üçün müasir media vasitələrinın üstünlüklərindən faydalanan iştirakçılar praktik məşğələlər vasitəsilə yeni bilik və bacarıqlar əldə edəcəklər.
Bayıl Arena stadioununda idman sahəsindən yazan jurnalistlər üçün təşkil olunan təlim yerli mütəxəssislər tərəfindən aparılıb. Burada futbol jurnalistlərinə “Xəbərlərin auditoriyaya maraqlı çatdırılması qaydaları və yolları”, “Peşəkar futbol şərhçiliyi”, “Multimediadan düzgün istifadə” və s. kimi mövzular haqqında danışılıb.
Təlim sessiyasının sonunda Milli yığmanın baş məşqçisi Robert Prosineçki, millinin oyunçuları Vüqar Nadirov və Qara Qarayev iştirak edərək futbol və futbolçular haqqında xəbərlərin mediada işıqlandırılması ilə bağlı öz müşahidələrini bölüşüblər.
Təlimin ikinci məhrhələsi futbol xəbərlərinin multimedia vasitələrində yayılmasına həsr olunacaq və Milli Mətbuat günü ərəfəsində keçiriləcək. O vaxta kimi isə idman jurnalistləri birinci mərhələdə əldə etdikləri məlumatları onlayn məşğələlərdə tətbiq edəcəklər.
Təlimləri müvəffəqiyyətlə başa vuran iştirakçılardan biri Mançesterə yollanacaq.
-
İKT23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin123:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin222:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO