Digər
ABŞ enerji savaşında Kremli mat etdi: TANAP qalib gəlir
Makedoniya “Türk axını” layihəsində iştirak etməsi üçün şərtini açıqlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin baş naziri Nikola Qruevski Rusiya və Avropa Komissiyasının razılaşacağı halda Makedoniyanın “Türk axını” qaz kəməri layihəsinə qoşulacağını açıqlayıb.
Baş nazir əlavə edib ki, Makedoniya avroatlantik oriyentasiyası əsasında qərarlar qəbul edən ölkə olaraq qalır. O, vurğulayıb ki, Makedoniya şəxsi qaz infrastrukturunun inkişafına ehtiyac duymur. Qruevskinin sözlərinə görə, ölkə hazırda mövcud olan qaz infrastrukturunun yarısından istifadə edir.
Eyni zamanda o, bildirib ki, uzunmüddətli perspektivdə enerji təhlükəsizliyinin təminatı üçün Makedoniyaya yeni enerji mənbələri lazımdır.
Qeyd edək ki, ötən həftə Makedoniya müxalifəti Hökumət Evi qarşısında genişmiqyaslı etiraz aksiyası keçirib. Aksiyanı dəstəkləmək üçün Skopyeyə Avropa Parlamentinin bir neçə deputatı da gəlib. Mitinq iştirakçıları 2006-cı ildən Makedoniyanın baş naziri olan Nikola Qruevskinin istefasını tələb ediblər.
Rusiyada isə hesab edirlər ki, ABŞ-ın Makedoniyada yeni Maydan yaratmaq cəhdi ölkənin Rusiyanın layihəsi olan “Türk axını”nda iştirakı barədə razılıq verməsi ilə bağlıdır. Nikola Qruevskinin sözügedən bəyanatı isə rəsmi Skopyenin Vaşinqton qarşısında geri çəkildiyini göstərir.
Qeyd edək ki, “Türk axını” Azərbaycan təbii qazını Cənubi Avropaya daşıyacaq TANAP qaz kəməri layihəsinə rəqib kimi göstərilir.
Ömər Dağlı
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək