Pul
FED rəhbərindən uçot dərəcəsi ilə bağlı AÇIQLAMA
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Canet Yellen uçot dərəcəsinin cari ilin sonunadək artırılacağını istisna etməyib.
Publika.az xarici KİV-lərə istinadən xəbr verir ki, Canet Yellen bu barədə Konqresdəki çıxışı zamanı bildirib. O qeyd edib ki, hər ay orta hesabla 180 min yeni iş yeri yaradılsa da, işsizliyin səviyyəsi lazımi templə azalmır. “Ona görə də, mövcud durumda planlaşdırılandan daha az stimullaşdırıcı tədbirlər görüləcək. Lakin bu addımın bu il atılacağı da istisna deyil. Bizim faiz artımı ilə bağlı sərt qrafikimiz yoxdur”, - Yellen bildirib.
O əlavə edib ki, ABŞ bankları sürətlə bərpa olunur: “2008-ci ildə baş verən qlobal maliyyə böhranından sonra bankların kapitalı ikiqat artıb və hazırda bu göstərici 800 milyard dollara çatıb”.
Bununla yanaşı, FED rəhbəri deyib ki, Uoll-stritin likvid aktivləri 5 il ərzində 1 trilyon dollardan çox artıb.
C. Yellen onu da bildirib ki, ABŞ bankları üçün nəzərdə tutulan stress-testləri yumşaltmaq niyyətindədir. Burada iri, sistem əhəmiyyətli banklar istisna təşkil edəcək.
Qeyd edək ki, C. Yellenin çıxışından sonra dollar bahalaşmaqdadır.
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir




















.jpg)


.jpg)


.jpg)












