Pul
Fransa iqtisadiyyatı üçün həyəcan təbili: “S&P” də proqnozunu pisləşdirdi
Beynəlxalq reytinq agentliyi olan "S&P Global Ratings" Fransa üzrə proqnozunu sabitdən mənfiyə doğru dəyişib.
Publika.az xəbər verir ki, bu barədə agentliyin saytında məlumat yayılıb. "S&P Global Ratings"in proqnozlarına görə, uzunmüddətli və qısamüddətli reytinqlər A+/A-1 səviyyəsində təsdiqlənib.
Qeyd edilib ki. Fransanın hər iki valyutada(Fransanın rəsmi valyutası olan avro və xarici valyuta sayılan bütün xarici pullarla götürülən borc öhdəlikləri nəzərdə tutulur-red.) qısamüddətli reytinqləri "A-1" səviyyəsində saxlanılıb:
"Davam edən siyasi parçalanma daha qətiyyətli maliyyə-büdcə konsolidasiyası perspektivlərini azaldır".
Mənfi proqnoz Fransanın artan dövlət borcunu, iqtisadi artımın yavaşlamasını və faiz dərəcələrinin yüksəlməsini əks etdirir.
Xatırladaq ki, oktyabr ayının sonunda "Fitch" də oxşar qərar qəbul etmişdi. Məşhur ABŞ agentliyi olan "Fitch" Fransanın reytinqini A+ səviyyəsində saxladı və eyni zamanda proqnozunu mənfiyə dəyişdi.
Müəllif: Tural
-
Pul10:13Fransa iqtisadiyyatı üçün həyəcan təbili: “S&P” də proqnozunu pisləşdirdi
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
ABŞ09:19Bayden daha kimsənin vecinə deyil: Kitabı da satılmır
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu


































