Pul
İlon Maskın sərvəti kəskin artdı
Amerikalı sahibkar, "SpaceX" şirkətinin və "Tesla" şirkətinin rəhbəri İlon Maskın sərvəti bir sutka ərzində 39,7 milyard dollar (təxminən 3,27 trilyon rubl) artıb.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" Milyarderlər İndeksinin məlumatlarına istinadla məlumat yayıb.
Noyabrın 27-də "SpaceX"in Nasdaq birjasında səhmləri 4,83 faiz bahalaşaraq bir səhm üçün 133,59 dollara çatıb. "Tesla" səhmlərinin kotirovkaları isə ticarət sessiyasını 5,22 faiz artımla, bir səhm üçün 400 dollar səviyyəsində başa vurub.
Hazırda İlon Mask "Bloomberg"in milyarderlər reytinqində birinci yerdədir. İkinci yeri amerikalı sahibkar, "Amazon" internet şirkətinin qurucusu Ceff Bezos tutur.
İyun ayında birjaya çıxmış kosmik şirkət "SpaceX"in səhmlərinin bahalaşması fonunda sərvəti sürətlə artmaqda davam edən İlon Maskın varidatı bir gün ərzində 164 milyard dollar artmışdı.
Hüseyn İbadlı
-
Pul19:36İlon Maskın sərvəti kəskin artdı
-
Sosial19:00Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü - Anası 3 nəfərdən şikayətçidir
-
İdman18:24"Turan Tovuz" "Kəpəz"i məğlub etdi
-
Region17:10İrandan sərt xəbərdarlıq: "Dünyanın istənilən nöqtəsinə zərbə endirəcəyik"
-
Hadisə17:00Azadlığa çıxan sabiq icra başçısı: "Müalicəyə başlamışam" - FOTO
-
Digər16:52Məktəbdəki partlayışda ölənlərin sayı artdı - 110 yaralı var - YENİLƏNİB
-
MDB15:49"Metsamor"un istismar müddəti rəsmən uzadıldı - 160 milyon dollar xərclənəcək
-
Hadisə13:26Bakıda müəmmalı şəraitdə ölən Bərdə sakininin yaxınlarına susmaq təklif olunub






















.jpg)





.jpg)








