Pul
10 bank üzrə 273 milyon manata yaxın kompensasiya ödənildi
Əmanətlərin Sığortalanması Fondu tərəfindən 11 oktyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 milyon 802 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 50 milyon 853 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 17 milyon 184 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 2 milyon 836 min manatdan artıq kompensasiya ödənilib.
Publika.az fonda istinadən xəbər verir ki, 4 bank üzrə ümumilikdə 103 miyon 677 min manatdan artıq kompensasiya həyata keçirilib. “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 13 milyon 830 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 816 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 15 milyon 646 min manatdan artıq kompensasiya ödənilib. Həmin tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 955 min 721 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 974 min manatdan artıq kompensasiya həyata keçirilib. Beləliklə də 3 bank üzrə ümumilikdə 145 milyon 021 min manatdan artıq kompensasiya ödənilib.
Bu arada fond “Bank Standard” KB-nin əmanətçilərinə kompensasiya ödənişinə başlayıb və qorunan əmanətçilərinə 8 milyon 230 min manatdan artıq kompensasiya verib. Nəticədə oktyabrın 11-nə bağlanan 10 bank üzrə 272 milyon 577 min manatdan artıq kompensasiya ödənilib.
İqtisadiyyat şöbəsi
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
















.jpg)









.jpg)













