Pul
Telefon dükanı adı aldında valyuta dəyişir - VİDEO
Bakıda telefon dükanı adı aldında valyuta dəyişir... Lisensiyası ləğv edildiyindən məntəqəni kiçik bir telefon mağazasına çevirib. Cəmi bir neçə telefon olan mağazanın fəaliyyət istiqaməti isə əslində fərqlidir.
Mərkəzi Bank tərəfindən ölkədəki valyutadəyişmə məntəqələrinin lisenziyaları ləğv edildiyindən o, belə üsula əl atıb. Telefon dükanı kimi qələmə verdiyi mağazada valyuta dəyişir. Çəkiliş etdiyimizi görəndə isə dolların məzənnəsini göstərən yazını sökür.
Qara Qarayev prospektində Neftçilər metrostansiyasının yaxınlığında qanunsuz yolla fəaliyyət göstərən daha bir valyutadəyişmə məntəqəsi var. Oranın sahibi isə fəaliyyətini gizlətmək üçün çöl lövhəyə məzənnə vurmayıb.
Publika.az xezerxeber.com-a istinadən bildirir ki, məntəqəyə daxil olduqda görünür ki, həm yerdə, həm də elektron lövhədə dollar, avro və rublun məzənnəsi yazılıb. Halbuki, valyuta mübadilə əməliyyatları qanunvericiliyə uyğun olaraq bankların baş ofisində, filial və şöbələrində, eləcə də ödəniş terminallarında həyata keçirilməlidir.
Kameranı gördükdə isə pəncərəni bağlayaraq gizlənməyə çalışır.
Şahidlərin sözlərinə görə, bu valyutadəyişmə məntəqələri günün pik saatlarında fəaliyyət göstərirlər. Sahibləri həbs olunmaqdan qorxduqları üçün digər vaxtlarda qapını bağlı saxlayırlar.Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, belə fəaliyyət qanunsuzdur. Valyuta mübadiləsi əməliyyatları yalnız bankların baş ofisində, filial və şöbələrində, eləcə də ödəniş terminallarında həyata keçirilməlidir.
"Biz həmin məntəqələrlə bağlı araşdırma aparıb, hüquq mühafizə orqanlarına xəbər verəcəyik",- deyə məlumatda bvildirilib.
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı












.jpg)














.jpg)













