Pul
Dollar qıtlığının iki müdhiş sirri - həbsdəki və istintaq altındakı varlılar...
Noyabrın 17-də Bakıda banklar dolların manata nisbətdə məzənnəsini bir qədər də qaldırıblar. Marya.az saytının məlumatına görə, banklarda dolların satış qiyməti 1 manat 77 qəpiyə yüksəlib. Bəzi banklar isə Maliyyə Bazarlarına Nəzarət Palatasının dəfələrlə etdiyi xəbərdarlığa baxmayaraq, valyuta alqı-satqısını dayandırıblar ki, bu da dolların yaxın günlərdə daha da bahalaşacağından xəbər verir.
Mərkəzi Bank və Neft Fondu hər gün banklara nə qədər dollar satılması barədə xəbərlərə qadağa qoyduqdan sonra bank bossları daha da ürəkli olublar. Bəzi banklar bu qadağadan sui-istifadə edərək deyirlər ki, guya onlara ümumiyyətlə, Mərkəzi Bank dollar satmır. Bank sektorundakı mənbələrimizdən əldə etdiyimi xəbərlər isə bunun əksini göstərir. Məlumatlara görə, gündəlik keçirilən valyuta hərraclarında son günlər tələbin təklifi üstələməsi daha da kəskinləşib. İddia olunur ki, tələb təklifi bəzi hallarda 15-17 dəfə üstələyir. Yəni banklar nəinki dollar alır, hətta dollar almaq üstündə “qırğın” gedir. Bu dolların böyük bir qismi isə əhaliyə satılmır.
Dollara tələbatın kəskin artmasının iqtisadi səbəbləri aydındır.
İqtisadi səbəb öz yerində, amma dollara kəskin tələbatın bilinməyən daha iki müdhiş səbəbi də var.
“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, hazırda daşınmaz əmlak bazarında bir çaxnaşma yaşanır. Belə ki, daşınmaz əmlakın hər ötən gün dəyər itirməsi əslində bir çox əmlakı olan varlı təbəqəni hərəkətə keçirib. Onlar əmlaklarının dəyərdən düşməsinin qarşısını almaq üçün bahalı villalarını nağd pula çevirməyə, həmin vəsaiti isə dollar alışına yönəltməyə başlayıblar. Bu da dollara bazarda olan tələbatı daha da artırıb. Onlar bankların daxilində qeyr-qanuni fəaliyyət göstərən “qara bazar”la anlaşaraq külli miqdarda dollar alırlar. Banklarda qurulmuş “qara bazar” sxemi təxminən əvvəllki illərdə gördüyümüz təyyarə və qatarlara bilet satışı kimidir. Yəni “bankda dollar satışı yoxdur, amma istəsəniz sizə təşkil edə bilərik” prinsipi ilə.
Mənbə deyib ki, banklar bir müddət əl altından qeyri-qanuni fəaliyyət göstərən valyutadəyişmə məntəqələri ilə iş birliyi qurdu. Böyük həcmdə dollar almaq istəyənləri “qara bazar”dakı adamlarına yönləndirirdilər. Amma “qara bazar”da “yanmaq” riski (DİN və DTX son aylar əməliyyat keçirib bir neçəsini həbs edib, ələ keçən valyuta isə müsadirə olunub-"YM" ) böyük olduğundan, buna daha həvəs göstərmirlər. İddia olunur ki, bəzi banklarda iri və ciddi alıcılara hətta bir neçə milyon dollar da satılır. Təbii ki, həm də rəsmi məzənnədən artıq qiymətə...
Sənədləşmənin necə aparıldığına gəlincə, mənbə deyib ki, banklarda bu sənədləşmə maxinasiyasını həll etmək su içmək qədər asandır və ən müxtəlif variantlar var.
Dollara tələbatın daha bir ciddi səbəbi isə ölkədə böyük bir suçlu məmur ordusunun yaranmasıdır. Belə ki, Beynəlxalq Bank işi, onun ardınca MTN-də baş verənlər və Rabitə Nazirliyində (RYTN) iri həcmli korrupsiya yüzlərlə vəzifəli şəxsi ittiham obyektinə çevirib.
İndi bir çox idarə və müəssisə rəhbərləri həbsdə olsalar da, “borcunu ödəməyə söz verən” xeyli şəxs azadlıqdadır. Buna bariz misal olaraq sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovu göstərmək olar. Son məhkəmə prosesində məlum olub ki, sabiq nazir dövlətə vurduğu 6,8 milyon manat ziyanı ödəyib. Rəsmi qaynaqlarda bu vəsait milli valyuta ilə göstərilsə də, dəqiq məlumat belədir ki, borclulardan istisnasız olaraq dollar qəbul edilir. Külli miqdarda kredit borcu olan, o cümlədən dövlət əmlakını mənimsə faktlarına görə ittiham olunanlar hər ay bir neçə yüz min, hətta milyon dollar toplayıb borca verir. Üstəlik, xeyli adam da borcunu ödəmək üçün əmlakların satışa çıxarıb və istisnasız olaraq alqı-satqını dollar ekvivalenti ilə aparır. Bu isə ölkədə dollara olan tələbatı daha da artırır.
Məlumata görə, həbsdə olanlar da üzərlərində həbs qoyulmayan əmlaklarını indi kütləvi şəkildə bazara çıxarıblar.
musavat.com
-
Nida Xəbər 09:10
Yüksəkvəzifəli məmurlar COP29-da - FOTOLAR
-
Sosial08:55
Pensiyalar artırılacaq! - Nazir ŞAD XƏBƏRİ elan etdi
-
Ekologiya08:25
COP29-da 1-ci gün! - VİDEO
-
Magazin206:16
Məşhur reperin narkotik problemi: reabilitasiya klinikasından çıxacağı vaxt bilindi
-
ABŞ04:50
Portağal şirəsi almaq üçün marketə getdi, 250 min dollar qazandı
-
MDB04:20
Putindən iki atom elektrik stansiyası ilə bağlı TAPŞIRIQ
-
Kriminal03:35
Oyun vasitəsilə insanları aldadan məşhur dələduzla bağlı MƏHKƏMƏ QƏRARI
-
Magazin202:43
"Squid game"ə görə 9 dişini çəkdirdi - FOTO