Pul
Sabah türk lirəsi ilə bağlı kritik qərar açıqlanacaq
ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırandan sonra Türkiyə Mərkəzi Bankının (TCMB) sabah, dekabrın 20-də keçiriləcək iclasında qəbul olunacaq qərar maliyyə bazarlarının diqqət mərkəzindədir.
"Report"un "Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, maliyyə bazarları TCMB-nin uçot dərəcəsini 0,25 faiz bəndi, faiz dəhlizinin üst həddini isə 0,5 faiz bəndi artıracağını proqnozlaşdırır. Lakin Mərkəzi Bankın faizləri sabit tutaraq maliyyə bazarlarının reaksiyasını yoxlayacağı fikrini də irəli sürən analitiklər az deyil. Xatırladaq ki, uçot dərəcəsi faizi dedikdə, Türkiyədə 1 həftəlik REPO faizləri əsas götürülür.
Qeyd edək ki, bu, TCMB-nin 2016-cı ildə sonuncu iclası olacaq. Noyabrın 24-də keçirilən əvvəlki iclasda TCMB faiz dəhlizinin üst həddini 0,25 faiz bəndi artıraraq 8,5%-ə, uçot dərəcəsi və ya 7 günlük REPO faizlərini isə 0,5 faiz bəndi artıraraq 8%-yüksəldib.
"Report"un analitik qrupu TCMB-nin sabahkı iclasda faizləri artıracağı təqdirdə dolların məzənnəsinin 3,40 TRY/USD-yə qədər geriləyəcəyini bildirir. Əks halda, dolların məzənnəsi tarixi rekord səviyyə olan 3,60 3,40 TRY/USD-ni keçə bilər. Belə ki, növbəti iclasın nə vaxt keçiriləcəyi ilə bağlı məlumat yoxdur.
"Report" xəbər verir ki, TCMB-nin pul siyasəti iclaslarının 2017-ci ildən etibarən ildə 8 dəfə keçirilməsini nəzərdə tutan dəyişiklik dekabrın 16-da parlamentə təqdim edilib. Buna qədər TCMB pul siyasəti iclaslarını ayda bir dəfə keçirirdi.
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək

























.jpg)













