Pul
Sabah dolların məzənnəsi ilə bağlı kritik gündür - EKSPERT ŞƏRHİ
Amerika Mərkəz Bankının (FES) faizləri artırması diqqətləri Türkiyə Mərkəz Bankının (TCMB) Pul Siyasəti Təşkilatının sabahkı toplantısına yönəldib. Daha doğrusu bu iclasın əhəmiyyəti artıb.
Publika.az xəbər verir ki, hazırda bazarların gözləntisi faiz koridorunun 50 əsas bal, siyasət faizinin isə 25 bal artırılması istiqamətindədir. Amma bankın gözləmə mövqeyi seçəcəyini düşünənlər də az deyil.
Xatırladaq ki, Türkiyə Mərkəz Bankı keçən ay faizlərlə bağlı sürpriz qərar vermişdi. Belə ki, faiz koridorunu 8.25 faizdən 8.5 faizə yüksəltmişdi. Faiz koridorunun aşağı bəndində isə dəyişiklik etməmişdi. Siyasət faizini isə 7.5 faizdən 8 faizə yüksəltmişdi.
“Goldman Sachs”ın ötən həftə yaydığı hesabata əsasən TCMB maliyyə şərtlərini mümkün olduğu qədər zəif saxlamağa çalışır.”Goldman Sachs” iqtisadçıları bildirir ki, türk lirəsində zəifləmə səbəbindən yüksək inflyasiya bahasına da olsa, maliyyə şərtlərinin zəif olmasına çalışılacaq.
Qrumun analitikləri Mərkəzi Bankın faizləri dəyişdirməyəcəyini düşünür. “Bloomberg News”in sorğusunda iştirak edən ekspertlər isə gecəlik borc verme faizində 25 faiz artım olacağını deyirlər.
O ki qald dollar-lirə münasibətlərinə, 2017-ci ilin sonuna dollar/TL gözləntisinin 3.60 lirə olacağı irəli sürülür.
İqtisadçı-ekspert Samir Əliyev Publika.az-a bildirdi ki, Türkiyə Mərkəzi Bankı ilə hökumət arasında faizlərlə bağlı anlaşılmazlıq var:
““Hökumət faizlərin aşağı salınmasını təklif edir. Mərkəzi Bankın əsas məqsədi ölkədə inflyasiya səviyyəsinin artmasına imkan verməməkdir. Ona görə də daha çox konservativlik nümayiş etdirməyə çalışır”.
S.Əliyev sabah hansı qərarın veriləcəyinə dair fikir söyləməyin çətin olduğunu bildirdi:
“Uçot dərəcəsi qaldırılarsa, bu türk lirəsinə təsir edəcək. Amma bu proses Türkiyə iqtisadiyyatından qaynaqlanmır. Dünyada dolların valyutalara qarşı bahalaşması prosesi gedir. Lirə yaxın günlərdə ucuzlaşma istiqamətində yol alacaq. Kəskin ucuzlaşmadan söhbət getmir”.
İqtisadçının sözlərinə görə, lirənin ucuzlaşması Türkiyə iqtisadiyyatı üçün vacibdir:
“Turistlər üçün qiymətlərin ucuz olması, eləcə də yerli istehsal mallarının ixracı baxımından lirənin ucuzlaşması iqtisadiyyata sərf edir”.
İqtisadiyyat söbəsi
-
Qoroskop17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz
-
Sosial17:47Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı
-
Sosial17:35Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
-
Səhiyyə15:30Bakıda bu poliklinikada şəkər xəstələrinə dərman verilmir - Səbəb nədir?
-
İdman14:42Neymarın başı dərddə: Tanınmış influenser onun hesabına niyə pul köçürüb? - FOTOLAR
-
Rəsmi xronika14:32Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - FOTO
-
Sosial13:18Qonşuda deputat tələb edir: 13-cü maaş və pensiya verilsin
-
MDB12:53Ermənistan Aİ-yə qoşulsa, aqibəti belə olacaq: Rusiyadan hədə dolu xəbərdarlıq























.png)













