Pul
FES-in 8 toplantısından 3-də faiz artımına gediləcək - DOLLAR DÜNYANI BOĞUR
ABŞ Mərkəzi Bankı (FES) Federal Açıq Bazar Komitəsinin (FOMC) dekabr ayı üzrə iclasının protokolları dərc olunub.
Publika.az xəbər verir ki, protokollarda yüksək inflyasiyanın qarşısını almaq üçün faiz artırımlarını sürətləndirmək məcburiyyətində qalınacağı qeyd edilib.
Bildirilib ki, dekabrın 13-14-də keçirilən iclasda maliyyə siyasətində genişlənmənin mümkün təsirlərinə diqqət yetirilib. İştirakçıların demək olar ki, hamısı, "gələcək illərdə tətbiq ediləcək maliyyə siyasətində genişlənmənin nəticəsi olaraq iqtisadi artım proqnozlarının üzərindəki yuxarı istiqamətli risklərin artdığını" bildirib”.
Qeyd edək ki, ABŞ-ın yeni prezidenti Donald Tramp maliyyə siyasətini genişləndirəcəyini, investisiyaları artıracağını vəd edib. Bu da iqtisadiyyatın yenidən "qızması"na və inflyasiyanın həddindən artıq yüksəlməsinə səbəb ola bilər.
Protokollardan məlum olub ki, komitənin əksər üzvləri "mərhələli" faiz artımının məqsədəuyğun olduğu fikrindədirlər.
FOMC-nin 13-14 dekabr 2016-cı il tarixlərində keçirilən iclasında faizləri 0,25-0,50 aralığından 0,50-0,75 faiz aralığına qaldırmışdı.
Nəzərə çatdıraq ki, FES dörd faiz artımı gözləntisilə başladığı 2016-cı ili tək artımı ilə bağlamışdı. Qrumun 2017-də faiz artımı gözləntisi isə ikidən üçə qaldırılıb.
FES-in cari ildə səkkiz toplantısından ilki yanvarın 31-də, ikincisi fevralın 1-də Vaşinqtonda keçiriləcək.
İqtisadiyyat şöbəsi
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"













.jpg)



.jpg)











.jpg)








