Pul
Nağdsız hesablaşmalar nə vəd edir? - AÇIQLAMA
“Nağdsız hesablaşmalar haqqında" Qanuna görə, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən ay ərzində 30 min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan vergi ödəyicilərinə münasibətdə Qanun 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minir.
Dəyişikliyi şərh edən iqtisadçı-ekspert Qubad İbadoğlu Publika.az-a bildirib ki, nağd hesablaşmalar üçün nəzərdə tutulan məhdudiyyətlər demək olar ki, dünyanın əksər ölkələrində mövcuddur:
”Məsələn, ABŞ-da bu iri əməliyyyatlar üçün ştatlar üzrə 10000 dollardan, İspaniyada 2500 avro, İtaliyada 1000 avro, Yunanıstanda 1500 avro, Bolqarıstanda 7500 avro, Çexiyada 15000 avrodan çox vəsaiti nağdlaşdırmaq fiizki və hüquqi şəxslərə qadağan edilir. Odur ki, Azərbaycanda da nağd əməliyyatların məhdudlaşdırılmasını nəzərdə tutan qanunun qəbulu təqdir olunmaldır”.
Onun sözlərinə görə, qərar dövlət sifarişləri və xidmətlərinə geriyə ödənişlər və rəsmi əmək haqqına üstəliklər aradan qaldırılır, sahibkarlar üçün tenderlər sağlam rəqabət şəraitində şəffaf və hesabatlı keçirilir:
"Hazırkı iqtisadi şəraitdə onun reallaşıdırlması sahibkarlıq fəaliyyətini stimullaşdırılması və korrupsiyanın qarşısının alınması kimi vacib məsələnin həllində əhəmiyyətli rol oynaya bilər. 2017-ci il üçün təsdiq olunan dövlət büdcəsində tikinti xərcləri 2,5 milyard manatdan çox təsdiq olunub. Bu variantda reallaşacağı halda ən azı 500 milyon manatlıq korrupsiya əməliyyatları sıradan çıxa bilər”.
İqtisadiyyat şöbəsi
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"












.jpg)



.jpg)












.jpg)








