Pul
Çin bu sahədə də birinci oldu - 8 aya 452 milyard dollar qazandı
Çində 720 milyon insan aktiv şəkildə internetdən istifadə edir. Bu rəqəm demək olar ki, hər gün artır. 690 milyon çinli sosial şəbəkələrdə hesablar malikdir, 560 milyon nəfər isə mobil telefonlar vasitəsilə online olur. Digital marketing gündəlik alış-verişdə əsas bazar alətlərindən biridir. Maraqlıdır, dünyanın ən çox əhalisinə sahib olan Çinin bazarını necə ələ almaq olar?
Publika.az xəbər verir ki, 2015-ci ildə Çin internet-ticarətin həcmi üzrə dünyada birinci yerə çıxıb. 2016-cı ildə ölkənin kommerisya naziri Qao Xuçen “e-commerce”nin həcminin 2014-cü illə müqayisədə üç dəfə artdığını açıqladı. Məlum oldu ki, internet ticarətin həcmi 3,2 trillion yuana (hazırkı məzənnə ilə 465 milyard dollara) çatıb.
Rəsmi statistikaya görə, ötən ilin 8 ayında internet üzərindən ticarətin həcmi 27 faiz artıb və 452 milyard dollar təşkil edib. 2017-ci ildə iqtisadiyyatın yavaş artımına baxmayaraq, Çin istehlakın dinamik böyüdüyü bazarlardan biri kimi qalacaq.
O baxımdan investorlar üçün bu bazar cəlbedicidir. Çinə qida məhsulları ixracı üzrə layihənin rəhbəri, rusiyalı Vladimir Marçenko bildirir ki, ÇXR-da Avropa ölkələrindən fərqli olaraq, satışlar pik həddədir. O qeyd edir ki, bu ölkədə əlamətdar günlərdə satışların həcmi xüsusilə artır:
“Söhbət Çin təqvimi ilə yeni il bayramından, “Subaylar Günü”ndən gedir. Xüsusilə “Subaylar Günü”ndəki endirim kampanıyası alış-verişin həcmini artırır. Konkret olaraq, “Alibaba” ən böyük ticarət meydançası olur. Şirkət online alış-verişdən bir gün ərzində 17,7 milyard dollar qazandı. 80 faizdən çox sifariş mobil telefonlar vasitəsilə edilmişdi”.
İqtisadiyyat şöbəsi
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu :Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı













.jpg)





.webp)





.jpg)












