Pul
ABŞ prezidenti ucuz dollar istəyir
ABŞ prezidenti Trampın dollarla bağlı açıqlamaları qlobal birjalarda digər dünya valyutalarını ucuzlaşdırıb.
Yaranmış vəziyyəti Publika.az-a şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, dollar aparıcı valyutalara nisbətən son 12 həftədə ən aşağı məzənnə ilə təklif edilib.
Avro dollara nisbətən dünən 1.08 dollaradək bahalaşa da bilib:
"Doğrudur, bu gün yenidən birjalarda stabillik yaranıb və hərta dolların cüzi möhkəmlənməsi də müşahidə edilib. Trampın istəyi sadədir: ucuz dollar ABŞ üçün daha çox ixrac imkanları və az idxal deməkdir. Bununla həmçinin Birləşmiş Ştatlar əzəli iqtisadi rəqəblərini, o cümlədən Çin, Avropa Birliyi və Yaponiyanı da zəiflətmək istəyir. Amma reallıq budur ki, dolları aparıcı valyutalara və eləcə də avroya nisbətən kəskin ucuzlaşdırmaq elə də asan deyil. “İki ölkə” modelinə uyğun olaraq ABŞ-in iqtisadi rəqibləri də qabaqlayıcı tədbirlər həyata keçirəcəklər. Amma Tramp və onun komandası bu məsələdə israrlı olarsa, dolların digər aparıcı qlobal valyutalara nisbətən məzənnəsi mərhələli şəkildə azala bilər. Amma yenə də dolların aparıcı valyutalara nisbətən məzənnəsində kəskin azalma gözlənilmir. Bununla yanaşı, dolların əksər inkişaf etməkdə olan ölkələrin valyutalarına nisbətən dəyər itirməsi də inandırıcı deyil”.
İqtisadiyyat şöbəsi
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir













.jpg)





.webp)






.jpg)












