Pul
Qanun dəyişdirildi - 1 milyon manat dövlət rüsumu müəyyənləşdirildi
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər edilib.
Publika.az xəbər verir ki, layihəyə əsasən, Azərbaycanda bəzi dövlət rüsumlarının məbləğinin artırılması təklif edilir.
Belə ki, əvvəllər dövlət rüsumu 22 min manatdan çox deyildisə, indi artıq 1 milyon. manat məbləğdə rüsuma rast gəlmək olar. Mobil rabitə xidmətləri (texnioloji standartın adı göstərilməklə) üçün 1 mln. manat dövlət rüsumu nəzərdə tutulub. Teleradio yayımı üçün ümumrespublika televiziya yayımı üçün 50 min manat, Bakı şəhəri üzrə TV yayımı üçün 22 500 manat, regional TV üçün 1 500 manat, ümumrespublika radio yayımı üçün 2 500 manat, Bakı şəhəri üzrə 1 250 manat, regional radio yayımı üzrə 500 manat nəzərdə tutulub. Rüsumlar lisenziya Bakıda oduqda 100% həcmində, regionlarda olduqda 50% ödənilir. Bundan başqa, rüsumların ödənilməsi qaydasında dəyişiklik edilib. Dəyişiklik səsverməyə çıxarılaraq qəbul olunub.
Hazırda dövlət rüsumunun hesablanması və ödənilməsi qaydalarına əsasən qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun (“Avtomobil yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələrinə aid edilənlərdən başqa) 25%-i (bu qanunun 4.1-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə onların xəzinə hesabına köçürülür, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödənilir.
Dəyişiklikdə qanunun 4.1-ci maddəsində "istisna olmaqla" sözlərindən sonra "və ödənilən dövlət rüsumu üzrə 5 min manatdan çox olmamaq şərti ilə" sözləri əlavə edilir. Yəni, həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarının xəzinə hesabına köçürülən məbləğ 5 min manatdan artıq olmamalıdır.
Layihə səsə qoyularaq qəbul edilib.
Vasif Həsənli
-
Hadisə21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto
-
İdman16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 14:38Baş nazir qərar imzaladı
-
Rəsmi xronika13:47Prezident Özbəkistana yeni səfir təyin etdi



















.jpg)




















