Pul
“Rayonda yaşayan vətəndaşlar 2.5 dəfə çox faizlə kredit götürürlər” - AÇIQLAMA
“Mərkəzi Bankın rəsmi rəqəmlərində Bakı ilə rayonlar arasında həm kredit məbləği, həm də faiz dərəcəsi üzrə ciddi fərq var”.
Bunu Publika.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O bildirib ki, 16.27 milyard manatlıq ümumi kredit portfelinin 13.79 milyard manatı Bakının payına düşür:
“Bu isə o deməkdir ki, ümumi kreditləşməsinin 85 faizi Bakıda həyata keçirilir. Yəni, hər verilən 100 manatlıq kreditin 85 manatı Bakının, qalan 15 manatı isə Abşeron daxil olmaqla digər bütün rayonların payına düşür. Məsələ heç də rayonlarda kredit portfelinin azlığı ilə tamamlanmır. Belə ki, Bakıda orta kredit faizi 9.2 faiz olduğu halda əksər rayonlarda kredit faizləri 20 faizdən başlayır. Azərbaycanda ən baha kreditlər Aran iqtisadi rayonunda təklif edilir. Deməli, Mingəçevir , Şirvan, Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar , Göyçay , Hacıqabul , İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Yevlax və Zərdab ən yüksək faizli kredit götürən rayonlardır. Sözügedən iqtisadi rayonda kreditlər üzrə orta faiz 22.6 faizdir. Cənub bölgəmiz bahalı kreditlərin faizinə görə Aran iqtisadi rayonuna “cüzi uduzur”. Belə ki, Lənkəran iqtisad rayonunda orta kredit faizi 22.4 faizdir. Şəki-Zaqatala sakinlər isə orta hesabla 22.0 faizlə kredit götürürlər. Deməli, rayonda yaşayan vətəndaşımız Bakı sakinlərinə nisbətən bankdan orta hesabla 2.5 dəfə çox faizlə kredit götürmək məcburiyyətində qalırlar”.
İqtisadçının sözlərinə görə, istehlak kreditləri üzrə orta faiz Mərkəzi Bankın rəsmi orta kredit faizlərindən daha çoxdur. Belə ki, rəsmi statistikada Bakı və rayonlar üzrə orta kredit faizlərinin nisbətən az olması portfelə ipoteka, biznes, güzəştli kreditlər üzrə faiz dərəcələrinin də daxil edilməsidir:
”Rəsmi rəqəmlərin təhlili göstərir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bank kreditləşmədə regional disbalansın aradan qaldırılması üçün real addımlar atmalıdır”.
İqtisadiyyat şöbəsi
-
Hadisə21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto
-
İdman16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 14:38Baş nazir qərar imzaladı
-
Rəsmi xronika13:47Prezident Özbəkistana yeni səfir təyin etdi



















.jpg)




















