Pul
Banklarda depozitlərin həcmi azalıb
Banklarda cəmi depozitlər 16 milyard 410 milyon manat təşkil edib.
Publika.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, Azərbaycanda fiziki şəxslərin əmanətlərinin 80%-dən çoxu və hüquqi şəxslərin depozitlərinin xeyli hissəsi dollardadır. Qısası, dolların manat qarşısında bahalaşması depozitlərin manat ifadəsində azalmasına səbəb olur. Dekabr ayında dollar manat qarşısında bahalaşsa da, depozitlərin geri götürülməsi artımın əks olunmasına imkan verməyib. Dekabr ayında cəmi depozitlər 480 milyon manat azalıb. Noyabr ayının sonunda 7 milyard 583,8 milyon manat olan fiziki şəxslərin depozitləri isə dekabr ayının sonunda 7 milyard 432,1 milyon manata düşüb. Yəni, fiziki şəxslərin depozitləri 151,7 milyon manat azalıb. Əslində real azalma daha çoxdur, Dollar bahalaşması azalmanın bir hissəsini Manat ifadəsində kompensasiya edib. Ötən ilin dekabr ayında noyabr ayının sonu ilə müqayisədə fiziki şəxslərin müddətli depozitləri 5 milyard 727,6 milyon manatdan 5 milyard 671,2 milyon manata, tələbli depozitlər isə 1 milyard 851,1 milyon manatdan 1 milyard 760,9 milyon manata düşüb.
Dekabrda hüquqi şəxslərin depozitləri isə 328,4 milyon manat azalaraq 9 milyard 306,3 milyon manatdan 8 milyard 977,9 milyon manata geriləyib.
İqtisadiyyat şöbəsi
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO



























.jpg)










