Pul
Dollar hansı həddə qədər ucuzlaşacaq? - AÇIQLAMA
Dünən və srağagün keçirilən valyuta hərracında manatın orta çəkili məzənnəsi 2,8% möhkəmlənib. ABŞ valyutasının məzənnəsinin birdən-birə ucuzlaşması yanvar ayında qiyməti qalxan bəzi məhsulların qiymətinə təsir göstərib. Eləcə də bu valyutada yığım aparanların itkilərinə səbəb olub. Hazırda sual doğuran manatın dollar qarşısında hansı həddə qədər bahalaşacağıdır.
Publika.az-a açıqlama verən iqtisadçı-ekspert Samir Əliyev bildirib ki, manatın bahalaşması spekulyasiya ilə bağlıdır:
“Artıq bir sıra banklar aktiv şəkildə valyuta alqı-satqısına girişiblər. Kreditləşmə imkanları məhdudlaşan banklar yeni gəlir mənbəyi əldə ediblər və zərərləri valyuta alqı-satqısı hesabına aradan qaldırırlar. Xarici borcların qaytarılması da burada rol oynayır. Hər il olduğu kimi bu il istər dövlətin, istərsə də dövlət şirkətlərinin xarici öhdəlikəri qaytarılmalıdır. Bu vəsaitlərin bir hissəsi Neft Fondu tərəfdən Mərkəzi Banka ayrılan vəsait hesabına ödəniləcək. Manatın ucuzlaşması həmin borcların qaytarlmasına çətinlik yaradır. Digər tərəfdən bir qayda olaraq ilin əvvəlki aylarında büdcə xərclərinin icra səviyyəsi aşağı olur. iqtisadiyyata yönəldilən pul kütləsi az olduğundan manat qıtlığı hiss olunur. Dollara tələbat isə aşağı səviyyədə olur”.
İqtisadçı deyir ki, Neft Fondundan Mərkəzi Banka ayrılan 7,5 milyard manat məbləğindəki “makroiqtisadi sabitlik” pulu valyuta bazarında ötən il müşahidə edilən gərginliyi azaltmağa imkan verəcək:
“Həmin vəsaitlər bazarda gərginlik yaradan xarici borc problemini həll edəcək. Manatın sabitliyi hazırda neftin qiymətindən birbaşa asılıdır. Hökumət neftin ucuzlaşmasını ya Neft Fondunun aktivləri hesabına həll etməlidir, ya da manatı ucuzlaşdırmalıdır. Bir şey aydındır ki, bu il kəskin devalvasiyaya gedilməyəcək. Gözlənilməz proseslər baş verməsə, hökumət 2017-ci ildə manatın məzənnəsini rahatca idarə edəcək. Bu, manatın möhkəmlənməsi və ya manatın məzənnəsinin bir nöqtədə dayanması anlamına gəlməməlidir”.
S.Əliyev bildirir ki, üzən məzənnəyə keçiddə daim vurğuladığımız məqamlardan biri özünü artıq göstərir:
“Manatın məzənnəsinin qeyri-sabitliyi müşahidə edilir. Mərkəzi Bank spekulyasiyanın qarşısını almalıdır və manatın əsas olmadan bahalaşmasına imkan verməməlidir. İndiki zamanda vacib olanı manatın sabitliyidir. Çünki bütün qiymətlər 1.90 həddinə uyğunlaşıb. Manatın 1,80 və ya 1.70-ə yüksəlməsi qiymətləri ucuzlaşdırmayacaq. Əksinə sahibkarlıq üçün problemlər yaradacaq. Ona görə də Mərkəzi Bank məzənnəni real bazar dəyərini alana qədər tədricən ucuzlaşdırmalıdır. Manatın indiki möhkəmlənməsi müvəqqətidir. Bir müddətdən sonra yenidən ucuzlaşma müşahidə ediləcək”.
İqtisadiyyat şöbəsi
-
Qoroskop00:00Günün ULDUZFALI - Gözlənilməz uğurlarla qarşılaşa bilərsiniz
-
Kriminal20 İyun 23:48Vəhşicəsinə döyülən 83 yaşlı qadın xəstəxanada öldü
-
İdman20 İyun 23:36Qurban Qurbanov təsdiqlədi: “Çox ciddi danışıqlar gedir”
-
Magazin120 İyun 23:12Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO
-
Maraq dünyası20 İyun 21:48Xəyanəti bağışlamağa hazır olan insanların SAYI HESABLANDI
-
Ekologiya20 İyun 21:36Ağstafaya yumurta boyda dolu yağdı - FOTO
-
İdman20 İyun 20:48Əfsanə futbolçuların sevgililərini qınadı - Bu nə dəbdir?
-
Magazin120 İyun 20:36Zeynəb Xanlarova övladları ilə - FOTO













.jpg)






















