Pul
Mühüm YENİLİK: dövriyyədə elektron pullar
Yaponiyanın aprelin 1-dən etibarən kriptovalyutalara (rəqəmsal valyuta) keçməsi ilə dünya maliyyə sistemində müxtəlif müzakirələrə başlanılıb. Yaponlar rəsmən pullarını elektronlaşdırsa da, başqa ölkələr hələ fikirləşir: yeni pul sisteminə keçid nə dərəcədə riskli ola bilər?
Publika.az xəbər verir ki, hazırda Yaponiyada kriptovalyutalarla işləm yolları və şərtləri ilə bağlı qanun hazırlanır. Kriptovalyuta üçün çərçivə “nizamnamə”si zəruridir, çünki onların tənzimlənməsi çətin aparılır. Bundan başqa virtual pullar həm də üzən məzənnə rejimində olduğuna görə kursu dəyişkəndir.
Martın əvvəlində bitkoinlərin (elektron əsginas) dəyəri pik həddinə çatmışdı – 1238 dollar, yəni qızılın unsiyasından baha. Yaponiya elektron əsginasları daha tez mənimsədiyindən son iki ildə xeyli gəlir götürüb. 2015-ci ildə mübadilədən 158 milyard ien (1,7 milyard dollar) qazanmışdısa, 2016-cı ildə 430 milyard ien (4,3 milyard dollar) kar etmişdi.
Yaponların kriptovalyutalara marağı iki faktorla əsaslandırılır: birincisi, 2016-cı ildə ölkədə kriptovalyutaların birjası ilə bağlı qaydalar tənzimləndi, bu da öz növbəsində elektron əsginaslara etibarı artırdı. İkincisi, isə ienin kursunun stabil olması da maliyyə mütəxəssislərinin işinə yaradı.
Analitiklər bildirirlər ki, bitkoin hələ ki qlobal maliyyə birjalarında özünə yer axtarır. Ona yaxşı gəlir gətirən perspektivli innovativ sistem kimi baxılır. Amma dünyanın heç bir yerində kriptovalyutalar əsil valyuta kimi qəbul edilmir. Onun çətin texnologiyası, tənzimlənməsi hələlik ölkələri bu innovasiyaya göz yummağa vadar edir. Bəzi ölkələrdə buna icazə verilsə də, bəzilərində qadağan olunub. Məsələn, Almaniya buna qadağa qoyub, Xorvatiya sözdə icazə versə də, xüsusilə mağazalarda ödəniş kimi qəbul edilməsini yasaqlayır.
Şəfiqə ŞƏFA
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi






































