Pul
Rusiya Mərkəzi Bankı yeni rubl dövriyyəyə buraxdı: Üstündə Krımın şəkli var - FOTO
Rusiyada 12 oktyabrdan etibarən yeni 200 və 2000 nominallı banknotlar dövriyyəyə başlayır.
Publika.az xəbər verir ki, Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina yeni banknotların kütləvi dövriyyəyə dekabrda buraxılacağını bildirib.
"Bu gündən etibarən, yeni rubllar ilk olaraq üzərində şəkli təsvir edilmiş regionlarda dövriyyəyə başlayacaq - Uzaq Şərq, Krım və həmçinin Moskvada. Planlarımıza görə, dekabrda yeni banknotların kütləvi dövriyyəyə daxil edilməsinə başlanılacaq”, - Nabiullina qeyd edib.
Məlumat üçün bildirək ki, yeni banknotların üzərindəki simvollar üçün müsabiqə 2016-cı ilin iyun ayından oktyabr ayına qədər keçirilib. Təxminən 5 min nominantın iştirak etdiyi müsabiqədə Rusiyanın 1113 şəhərinin görməli yerləri təklif olunub. Müsabiqənin son mərhələsi ümumrusiya səsverməsini əhatə edərək, 2 qalib müəyyən edilib. Bunlar Krım yarımadasında yerləşən Sevastopol şəhərinin və Uzaq Şərqin təsvirləridir.
Zaur H.

-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi


























.jpg)









