Pul
100 milyon manat BORC SİLİNİR - Milli Məclis VACİB QANUNU QƏBUL ETDİ
“Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsinə edilən dəyişikliyə əsasən 373,7 sığorta edənin və 317 min sahibkarın borcları silinir.
Publika.az xəbər verir ki, bu fikirləri parlamentin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsini təqdim edərkən deyib.
Millət vəkili bildirib ki, bu dəyişikliklə sahibkarların iş şəraiti yaxşılaşdırılır:
“Bu ölkə prezidentinin diqqət və qayğısının nəticəsidir. Sahibkarları gələcəkdə belə borclar yaratmamağa sövq edəcək. Bu qanun əmək pensiyalarının vaxtında maliyyələşməsinə şərait yaradacaq”.
H.Rəcəbli bildirib ki, qanuna edilən dəyişikliyə əsasən, 2006-cı ilə qədər olan sığorta borcları silinir: “Bu təxminən 100 milyon manat təşkil edir. 2006-2015-ci ilin yanvarın 1-nə qədər olan borca görə cərimələrin silinməsi isə təxminən 55 milyon manatdır. 2015-ci il yanvarın birindən 2018-ci ilin aprelin birinədək olan borcların məbləği 26.7 milyon manatdır”.
Deputat Əli Məsimli isə belə bir qanun layihəsinin hzırlanmasına görə prezidentə təşəkkür edib. Deputat deyib ki, belə bir qanun layihəsi dollar kreditləri ilə bağlı da verilə bilər: “Buna da ciddi ehtiyac var. Bizə şikayət edən insanların 90 faizindən çoxu dollarla krediti olan vətəndaşlarımızdır”.
Hesabat məlumatlarına görə, sığorta edənlərin məcburi dövlət sosial sığorta haqları üzrə 1 yanvar 2006-cı il tarixə olan 199,6 milyon manat borcundan yalnız 50 faizi və ya 99,3 milyon manatı 1 yanvar 2018-ci il tarixinədək ödənilib. Beləliklə, sığorta edənlər üzrə 12 il ərzində ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcun məbləği 100,2 milyon manat təşkil edir. Ümumilikdə isə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi ilə sığortaedənlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun uçot sistemində mövcud olan məcburi dövlət sosial haqları və məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış pensiya) üzrə borclarının 155,3 milyon manat hissəsinin silinməsi, 26,7 milyon manat hissəsinin isə tənzimlənməsi nəzərdə tutulur. Bundan əlavə, qanun layihəsi ilə 373,7 min sığorta edənin, o cümlədən 217 min sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin məcburi dövlət sosial sığortası üzrə borcları tənzimlənəcək.
Gülxar
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO












.jpg)

.jpg)





















