Pul
ARDNF-in aktivləri fəaliyyəti dövründə ən yüksək həddə çatdı
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 9 173,7 mln. manat, büdcə xərcləri isə 4 731,6 mln. manat təşkil edib.
Publika.az Fonda istinadən xəbər verir ki, 6 ay ərzində qurum neft və qaz sazişlərinin həyata keçirilməsindən 8 665,7 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 889,5 mln. manat, bonus ödənişlərindən 765,2 mln. manat, tranzitdən 10,5 mln. manat, akrhesabı ödənişlərdən isə 0,5 mln. manat gəlir əldə edib.
Hesabat dövründə Fondun vəsaitinin idarə olunmasından gəliri isə 508 mln. manat olub.
I yarımildə ARDNF 2018-ci ilin dövlət büdcəsinin icrası çərçivəsində 4 608 mln. manat vəsaiti büdcəyə transfert edib. Bundan başqa, Fonddan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 84,5 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 19,1 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 7,5 mln. manat, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 2 mln. manat yönəldilib. 6 ay ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 10,5 milyon manat təşkil edib.
Hesabat dövründə valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərcləri isə 838,5 mln. manat olub.
Bu ilin əvvəli ilə müqayisədə ARDNF-in aktivləri 6,22% artaraq iyulun 1-nə 38 036,1 miln. ABŞ dolları təşkil edib ki, bu da Fondun fəaliyyəti dövründə ən yüksək göstəricidir. Aktivlərin artımı qurumun büdcə gəlirləri, o cümlədən vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub.
-
Avropa16:00Fransada agent qalmaqalı - Yeni PUA-nın şəklini çəkib Rusiyaya ötürdü
-
Magazin115:33Flora Kərimova xəstəxanadan evə buraxıldı
-
Ekologiya15:06"Apple"nin başı dərddə - Şirkət Hindistanda suyu çirkləndirirmiş
-
Digər14:57Bu ölkə vizaların qiymətini beş dəfə artırdı
-
MDB12:016 milyona yaxın ukraynalı xaricdə qaçqın həyatı yaşayır
-
MDB11:45Medvedev: "Tehran bu müharibəni uduzmadı!"
-
Hadisə11:30Özünü prokuror kimi təqdim edən şəxs həbs edildi
-
İdman09:18Rusiyada güclü zəlzələ oldu



























.jpg)









