Pul
2023-cü ilə qədər manatın məzənnəsi möhkəmlənəcək - AKRA
"Manatın devalvasiyaya məruz qalacağı ehtimalı yoxdur və Azərbaycanın milli valyutasının məzənnəsi möhkəmlənəcək".
Publika.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın AKRA reytinq agentliyinin Azərbaycan üzrə iqtisadi icmalında bildirilib.
"2022-ci ilin sonunadək manatın məzənnəsi sabit qalacaq, devalvasiya ehtimalı isə azdır", - deyə agentliyin Azərbaycan üzrə iqtisadi icmalında bildirilir.
Agentliyin qiymətləndirmələrinə görə, manatın devalvasiyasından sonra inflyasiyanın yüksəlməsi və əhalinin gəlirlərinin azalması prosesi 2017-2018-ci illərdə dayanıb. "Lakin tənzimləyicinin cari çevik məzənnə rejimini nə qədər saxlamağa nail olacağı məsələsi açıq qalır", - deyə icmalda vurğulanır.
AKRA-da hesab edirlər ki, daha əlverişli xarici konyunktura tədiyyə balansı ilə bağlı vəziyyətin yaxşılaşmasına kömək edir: "2017-ci ilin I rübündə tədiyyə balansının saldosu ilkin gəlirlər üzrə ödənişlərin azalması sayəsində müsbət olub. AKRA cari əməliyyatlar hesabını 5-5,7% səviyyəsində proqnozlaşdırır. Bu, onunla şərtlənib ki, müsbət ticarət balansı mənfi ilkin gəliri üstələyir. Ticarət balansının müsbət zonaya çıxışı üçün "Azeri Light" markalı neftin bir barelinin qiyməti 45 ABŞ dolları səviyyəsində müəyyən edilib", - deyə sənəddə qeyd olunur.
Analitiklərin qiymətləndirmələrinə görə, inflyasiya gözləntilərinin zəifləməsini, artım templərinin ləngiməsini, eləcə də Azərbaycanın beynəlxalq ehtiyatların həcminə görə ölkənin 8-9 ay ərzində ümumi idxalına (2022-ci ilin sonuna bu göstərici üzrə proqnoz 8,5 mlrd. dollar təşkil edir) uyğun səviyyəyə çatmasını nəzərə alaraq manatın dollara nisbətən məzənnəsi sabit - 1,66-1,73 manat diapazonunda olacaq, proqnoz dövrünün sonuna isə 1,66 manatadək möhkəmlənəcək.
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO



















.jpg)







.jpg)








