Pul
ABŞ-dan Rusiyaya növbəti BÖYÜK ZƏRBƏ: gecə saatlarında…
Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi haqqında ABŞ-ın Dövlət Departamentinin bəyanatı rublun dəyərini növbəti dəfə aşağı saldı.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Moskva vaxtı ilə saat 23:59-a olan məlumata görə, Moskva valyuta birjasında keçirilən hərraclarda 1 ABŞ dolları 2,05 rubla qədər bahalaşıb.
Hazırda dolların kursu 65,55 təşkil edir. 1 avro isə 2,47 rubl bahalaşaraq 76,12 rubla bərabər olub.
Qeyd edək ki, Dövlət Departamentindən verilən məlumata görə, Sergey Skripal işi ilə bağlı məhdudlaşdırıcı ölçülərin ilk paketinin avqustun 22-də tətbiqi təxmin edilir.
Dövlət Departamentinin anonim nümayəndəsinə istinadən NBC telekanalı isə xəbər verib ki, Moskva kimyəvi silahı bundan sonra tətbiq etməyəcəyi barədə inandırıcı zəmanətlər verməsə, ABŞ hakimiyyəti 3 ay sonra - 2018-ci ilin payızında Sergey Skripal işi ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların ikinci paketini qəbul etmək niyyətindədir.
Sanksiyaların ikinci paketi diplomatik münasibətlərin əhəmiyyətli ixtisarını, “Aeroflot” dövlət aviaşirkətinin ABŞ-a uçuşlarının dayandırılmasını, həmçinin ixrac və idxala demək olar ki, tam məhdudiyyətin tətbiqini özünə daxil edə bilər.
Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş yüksək rütbəli zabiti Sergey Skripal və qızı Yuliya mart ayında Briyaniyanın Solsber şəhərində sinir-iflic maddəsiylə zəhərlənmişdi. London hadisəyə görə Rusiyanı ittiham edib. Moskva isə bütün ittihamları qəti surətdə rədd edir.
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək



















.jpg)
















