Pul
Maliyyə nazirindən Azərbaycanın xarici borcu ilə bağlı ÖNƏMLİ AÇIQLAMA
“Azərbaycanın bağladığı borc sazişləri üzrə alınmış məbləğlərdən tam istifadə olunmayıb”.
Publika.az “Report”a istinadən xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, artıq qalmış məbləğlərin layihələrə yönəldilməsi nəzərdə tutulub.
"Xarici borcların qaytarılması limit çərçivəsində olmalıdır. Dünyada borcu olmayan dövlət demək olar ki, yoxdur. Bir sıra dövlətlərin ya daxili, ya xarici, ya da hər ikisinin kombinasiyasından ibarət borcu var. Dövlət başçısı uzunmüddətli borcun idarə edilməsi strategiyasını təsdiq edib. Burada əsas hədəflər göstərilib və srategiyaya da uyğun işlər aparılacaq", - nazir vurğulayıb.
S.Şərifov həmçinin qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsində dövlət zəmanətli kreditlər cəlb edilir: “ Bu zaman dövlət üzərinə müəyyən şərti öhdəliklər götürür ki, bu da xarici dövlət borcunun artmasına səbəb olur. Ancaq əsas məqam ondan ibarətdir ki, Azərbaycan borcunu getdikcə azaldır”.
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək



















.jpg)
















