Pul
74 illik hegemonluq BAŞA ÇATIR: dollar bu tarixdə taxtdan salınacaq
Son zamanlar bir sıra dövlətlərdən rəsmi olaraq dollardan imtina etmək çağırışları gəlməkdədir. Bu dövlətlərin başında isə Türkiyə, Rusiya, İran, Çin və Venesuela kimi ölkələr gəlir. Bu il ABŞ-ın ilk üç ölkəni dollar silahı ilə vurması, nəticədə milli valyutaların kursunun kəskin düşməsi onların dünyanın əsas valyutadan uzaqlaşmaq istəyini artırdı.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, 1944-cü ildə (ABŞ-da kiçik bir qəsəbə olan Bretton Voords əldə olunan maliyyə anlaşması ilə dollar beynəlxalq valyuta olaraq qəbul olundu –red.) başlayan dollar inqilabına qarşı virtual inqilab baş verir.
Dolların hegemonyasını aradan qaldıracaq virtual valyutadan (kripto valyuta) ticarətdə istifadə olunması üçün 5 ildən 10 ilə kimi bir tarix göstərilir. Mövzu ilə bağlı sualları cavablandıran mütəxəssislər də kripto valyutanın çox sürətlə inkişaf etdiyini və Türkiyə kimi ölkələr üçün böyük imkanlar yaratdığını bildirirlər.
İsveçrədə Zug Bölgəsi Kripto Valyuta Vadisinin rəhbəri Oliver T. Bussmanın sözlərinə görə, dünya artıq ölkələrin yaradacaqları vahid valyutalarla ticarət edəcəyi bir dövrə irəliləyir.
“Hesab edirəm ki, buna çox qısa bir müddət qaldı. Qarşıdakı 5-10 il ərzində kripto valyutalarla ticarət edəcəyik”, - mütəxəssis bildirib.
Hazırda dollara qarşı mübarizədə seçilən dörd ölkənin - Türkiyə, Çin, Rusiya və İranın dünya ticarətində ümumi payının 30 faiz olduğu bildirilir. Qeyd edilir ki, ən azından bu dörd ölkənin kripto valyutalarla ticarətində dolların qlobal təsirini 30 faiz azaldacaq. Bu ölkələrin sırasının xeyli genişlənəcəyi istisna edilmir.
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop21 Sentyabr 12:54Bu 3 bürc üçün şanslı günlər başladı


















.jpg)



















