Pul
“Bu, Azərbaycanın uğurlarına qara yaxmaq istəyənlərə tutarlı cavabdır” - EKS-NAZİR
“Azərbaycanın bu hesabatda ən çox islahat aparmış bir ölkə kimi qeyd edilməsi beynəlxalq müstəvidə bu informasiyanı alan hər bir tərəf üçün ciddi bir siqnaldır və Azərbaycanın uğurlarına qara yaxmaq istəyənlərə tutarlı cavabdır”.
Bu sözləri Publika.az-a açıqlamasında “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, sabiq maliyyə naziri Fikrət Yusifov “Douing Business 2019” hesabatına münasibət bildirərkən deyib.
Sabiq nazir bildirib ki, Azərbaycanda gedən islahatlar - xüsusilə 2015-ci ilin sonlarından ölkədə postneft dövrünün başlandığı elan edildikdən sonra başlayan iqtisadi islahatlar iqtisadiyyatın real sektorunun sürətli inkişafını təmin etməyi hədəfləmişdi:
“Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycanın 25-ci yerdə qərarlaşaraq MDB ölkələri arasında ən yüksək yerə layiq görülməsi heç də təsadüfi deyil.
Neftin qiymətlərinin kəskin azalmasından sonra Azərbaycan hökumətinin müəyyən etdiyi sürətli iqtisadi islahatlar strategiyasına yüksək qiymət verənlərdən və onu ilk dəstəkləyənlərdən biri də məhz Dünya Bankının rəhbərliyi olmuşdu. Onlar hələ islahatların başlanğıc mərhəlləsində Azərbaycan hökumətinin bu addımlarını başqa neft ölkələrinə nümunə göstərərək, bu yolda ölkəmizə yaxın dəstəkçi olduqlarını da bəyan etmişdilər. Dünya Bankı dünyanın ən nüfuzlu maliyyə institutudur. Onun hesabatını heç bir təşkilatın hesabatı ilə müqayisə etmək mümkün deyil. Azərbaycanın bu hesabatda ən çox islahat aparmış bir ölkə kimi qeyd edilməsi onu göstərir ki, Azərbaycan öz iqtisadi strategiyasını düzgün müəyyən edib və onu tam doğru bir yolla irəliyə aparır. Bu ilin 9 ayının yekunları bir daha sübut etdi ki, 3 il bundan öncə ölkədə postneft erasının başlandığını bəyan edən ölkə Prezidentinin müəyyən etdiyi yeni iqtisadi islahatlar strategiyası nə qədər düzgün bir seçim idi. Bu islahatların müəllifi məhz Prezident İlham Əliyevdir. Ötən üç il ərzində O, islahatların uğuru üçün lazım olan ən qətiyyətli addımları belə atmaqdan çəkinməyib. Nəticələr isə göz qabağındadır. Bunu tək biz demirik. Bunu artıq az qala bütün dünya ölkələrinin üzv olduğu ən mötəbər bir maliyyə institutunun rəsmi hesabatı deyir”.
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop21 Sentyabr 12:54Bu 3 bürc üçün şanslı günlər başladı


















.jpg)



















