Pul
Bu sahəyə ayrılan vəsait yarım milyon manat azaldıldı - Nazir AÇIQLADI
2019-cu il büdcə layihəsinin müzakirəsi zamanı millət vəkilləri tərəfindən irəli sürülən təkliflər müzakirə edilib. Qaldırılan məsələlərin təminatı zamanı həm də makroiqtisadi sabitlik, büdcə dayanıqlılığının təmin edilməsi diqqətə alınıb. Bəzi xərclərə dəyişiklik edilib.
Publika.az xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2019-cu il büdcə layihəsinin ikinci müzakirəsi zamanı deyib.
Maliyyə naziri bildirib ki, irəli sürülən təkliflərin dəyəri 610 milyon manat təşkil edir.
“Artımın əsas hissəsi sosial xərclərə yönəlib. Belə ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün Dövlət Neft Fondundan 200 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulub. Məşğulluq tədbirlərinin keçirilməsi üçün əlavə 80 milyon manat, 2019-2020 ildən başlayaraq dövlət sifarişi təhsil alanların xərcləri və digər təhsil xərcləri üçün 11 milyon manat təhsil xərclərinə əlavə ediləcək, gənclər fondunun xərcləri 2.7 milyon manat artırılacaq ki, bu da 4.4 dəfə artım deməkdir. Gələn il Azərbaycan Milli Elmlər Akademiyasına 800 min manat, səhiyyə xərclərinə 4 milyon manat əlavə vəsait ayrılacaq. Milli Məclisin xərcləri 10.1 milyon manat artırılıb, suvarılan sahələrin artırılması üçün kənd təsərrüfatı xərcləri 40 milyon manat artırılıb. Ümumilikdə 256 milyon manat islahatların həyata keçirilməsi üçün tədbirlərin maliyyələşməsi üçün nəzərdə tutulub. Bələdiyyələrə ayrılan vəsait 500 min manat dəyərində azaldılacaq. Yeni yaradılan və strukturunda dəyişiklik edilən sturukturlar üçün 5.5 milyon manat vəsait ayrılacaq”.
S.Şərifov onu da vurğulayıb ki, millət vəkilləri tərəfindən səsləndirilən digər təkliflər də hökumət tərəfindən müzakirə ediləcək, növbəti illərin büdcəsində əksini tapacaq.
“Onu da qeyd edim ki, həmin təkliflərin dəyəri 7 milyon manat təşkil edir ki, bu təklifin qəbul edilməsi hazırkı durumda real deyil”.
Gülxar
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək


















.jpg)
















