Pul
Mərkəzi Bankdan manatla bağlı VACİB AÇIQLAMA
“Artmaqda olan geosiyasi gərginlik, xarici ticarət siyasətlərində qeyri-müəyyənliklər, neftin qiymətində son aylar müşahidə olunan dəyişkənlik və bu proselərin regionda əsas ticarət tərəfdaşları olan qonşu ölkələrin iqtisadiyyatlarına təsiri makroiqtisadi sabitlik üçün əhəmiyyətli risklər yaradıb”.
Bu barədə Azərbaycan Mərkəzi Bankının 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilib.
“2018-ci ildə bu ölkələrin bəzilərində milli valyutaların (Rus rublu, Türk lirəsi, İran rialı) ABŞ dollarına qarşı əhəmiyyətli ucuzlaşması psixoloji gözlənti effekti yaradıb, lakin görülmüş tədbirlər nəticəsində bu effektlər neytrallaşdırılıb. Pronozlara və gözləntilərə rəğmən bu ölkələrdən Azərbaycana idxalın artımı dinamikası idxalın ümumi artım dinamikasından aşağı olub”, - deyə bəyanatda vurğulanıb.
Sənəddə qeyd olunub ki, manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansı üzrə meyillərə və bundan asılı olan valyuta bazarındakı tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb: “Xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində və qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsində manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsinin sabitliyi davam edib. Ümumilikdə manat 2018-ci ildə möhkəmlənmə təzyiqi altında olub, valyuta bazarında təklif tələbi üstələyib. Yalnız aprel və avqust aylarında xarici valyutaya tələbin artması bəzi tərəfdaş ölkələrdə milli valyutanın kəskin ucuzlaşmasının məzənnə gözləntilərinə təsiri ilə əlaqədar olub. Bu aylarda valyutaya tələbin artması fundamental makroiqtisadi amillərdən irəli gəlmədiyindən onun məzənnəyə təsiri neytrallaşdırılıb. Sonrakı aylarda bu ölkələrdə mərkəzi banklar tərəfindən qəbul edilmiş pul siyasəti qərarları maliyyə bazarlarını sabitləşdirib”.
AMB bəyan edib ki, 2018-ci ildə də manatın rəsmi məzənnəsi banklararası bazarda əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib: “İl ərzində banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın səviyyədə formalaşıb”. (report)
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop21 Sentyabr 12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat21 Sentyabr 11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq

















.jpg)



.jpg)














.jpg)


