Mərkəzi Bankın uçot dərəcəsini azaltması bizə nə verəcək? - ŞƏRH
Bizi izləyin

Pul

Mərkəzi Bankın uçot dərəcəsini azaltması bizə nə verəcək? - ŞƏRH

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 9.25%-dən 9%-ə endirilməsi haqda qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 11%, aşağı həddi isə 7% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilmişdir. Qərar bu gündən qüvvəyə minir.

İqtisadçı ekspert Vüqar Bayramov uçot dərəcəsinin faizinin aşağı salınmasının kredit faizləri, məzənnəyə təsirini Publika.az-a şərh edib.

V.Bayramov bildirib ki, Mərkəzi Bankı İdarə heyətinin uçot dərəcələrinin faizini aşağı salması inflyasiya səviyyəsinin bankın proqnozlaşdırdığı səviyyədə olması, inflyasiya gözləntilərinin yüksək olmaması, xarici ticarət dövriyyəsində yüksək saldo ilə əsaslandırıb.

“Dəyərləndirməmiz göstərir ki, uçot dərəcələrinin aşağı salınması kredit bazarına iqtisadi yox, daha çox psixoloji təsir edə bilər. İqtisadi baxımdan bu kredit faizlərinin aşağı düşməsinə gətirib çıxartmayacaq. Çünki kommersiya banklarının Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditkərindən istifadə faizi azdır, praktik olaraq onlar vəsaitləri kənar mənbələrdən əldə edirlər. Ona görə də Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması kredit üçün cəlb edilən vəsaitlərin aşağı düşməsinə səbəb olmayacaq. Lakin uçot dərəcəsinin azalmasının depozit faizlərinə təsir göstərməsi gözləniləndir. Həm manat, həm də xarici valyuta ilə olan vəsaitlərin depozit faizlərinin aşağı düşməsi prosesinin davam edəcəyi proqnozlaşdırılır. Onsuz da aparıcı banklarda depozit faizləri kifayət qədər aşağıdır. Uçot dərəcəsinin azalması faizlərin bir az da aşağı düşməsinə səbəb olacaq. Xüsusən də, manatla olan depozit faizlərinin aşağı düşəcəyi istisna edilmir”.

V.Bayramov bildirib ki, uçot dərəcəsinin azalmasının məzənnəyə təsir imkanları məhduddur:

“Çünki məzənnə daha çox Mərkəzi Bankın kurs-məzənnə siyasəti ilə müəyyənləşir. Manatın məzənnəsinə təsir göstərən faktorlar arasında neftin dünya bazarında qiyməti, iqtisadi tərəfdaşlarımızın vəziyyəti, xüsusən də Mərkəzi Bankın mövqeyi önəmlidir. Gələcəkdə məzənnənin dəyişməsi birbaşa bu bankın mövqeyi iləə bağlı olacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm