Pul
Ödəmə terminalları yeni manatları niyə tanımır?
Yeni dövriyyəyə buraxılan 10 və 200 manatlıq əsginaslar elektron ödəmə terminalları tərəfindən qəbul edilmir. Bu da müvafiq kredit borcu və ya digər ödənişlərini həyata keçirmək istəyən vətəndaşların vəziyyətini çətinləşdirib.
Kommunikasiya texnologiyaları bazarındakı mənbələrdən əldə etdiyimiz məlumata görə, bu problemin yaranma səbəbi ödəmə terminallarının aparatlarında yeni əsginasların parametrlərinin qeyd edilməməsidir:

“Terminallar pulu parametrlər əsasında tanıyır. Lakin yeni dövriyyəyə buraxılan manatların parametrlərinə uyğun proqramlar hazır olmadığına görə sistem onları tanımır. Sistem onların pul və ya adi kağız olmasını, eləcə də məbləği fərqləndirə bilmir. Bu səbəbdən elektron ödəmə aparatları özləri proqram təminatlarını yeniləməli, parametrləri qeyd etməlidirlər”.
Mərkəzi Bankdan isə Publika.az-a bildirilib ki, mövcud problem yeni pul nişanlarının müdafiə qabiliyyətinin artırılmasından qaynaqlanır:
“Yeni müdafiə elementlərini bankomatlarda olan köhnə proqramlar oxuya bilmir. Adətən, bankomatların yeni pulları oxuması müəyyən müddət davam edir, bəzən 8-10 ay ərzində adaptasiya prosesi gedir”.
Mərkəz Bankdan bildirilib ki, may ayının sonuna qədər bankomatlarda yeni pul nişanlarına adaptasiya prosesi bitəcək.
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı















.png)



.jpg)







.jpg)









