Pul
Azərbaycanda milli gəlir 5800 dollara bərabər olub
Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) 2019-cu ilin birinci rübündə ötən ilin eyni dövrünə nisbətən 3 faiz artıb.
Publika.az xəbər verir ki, bu barədə “Tradingeconomics” (tradingeconomics.com) saytı məlumat yayıb. Sayt 196 ölkədə müxtəlif indikatorlar üzrə iqtisadi təhlilər həyata keçirir.
Budəfəki hesabatda qeyd edilir ki, Azərbaycanda ÜDM-in illik artım tempi 2001-ci ildən 2019-cu ilədək orta hesabla 8,79% təşkil edib. Bildirilir ki, bu müddət ərzində ÜDM-in illik artım tempi 2006-cı ilin birinci rübündə ən yüksək göstəriciyə – 40,40%-ə çatıb. 2016-cı ilin üçüncü rübündə isə ən aşığı göstəriciyə düşüb. Həmin rüb ərzində bu göstərici -3,90% təşkil edib.
Bildirlir ki, analitiklərin gözləntilərinə görə, bu ilin dördüncü rübünün sonuna kimi Azərbaycanda ÜDM-in illik artım tempi 2,10 faiz səviyyəsində olacaq. “Gözləyirik ki, Azərbaycanda ÜDM-in illik artım tempini 12 aylıq müddətdə 2,50 faiz səviyyəsində saxlanılacaq. Uzunmüddətli perspektivdə Azərbaycanda ÜDM-in illik artım tempi 2020-ci ildə təxminən 2,60 faiz səviyyəsində proqnozlaşdırılır”.
O da bildirilir ki, Azərbaycanda adambaşına düşən milli gəlir 5800 dollara bərabər olub. Rəqəmlərdən də göründüyü kimi, Azərbaycanda adambaşına düşən milli gəlir Lüksemburqla müqayisədə 27 dəfə çoxdur. Bu göstərici region ölkələrindən Gürcüstanda 4300, Ermənistanda 4220, Ukraynada 2990, Türkiyədə 14900, İranda 6950, Rusiyada 11450, Qazaxıstanda 10850, Türkmənistanda 7300, Belarusda isə 6370 dollar olub.
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı















.png)



.jpg)







.jpg)









