Pul
Hesablama Palatasının sədri: “2018-ci ildə manat sabitliyini saxlayıb”
2018-ci il iqtisadiyyat üçün uğurlu olub. İqtisadi amillərin dəyişkənliyi makro-iqtisadi mühitin davranışına təsir edərək bəzi ölkələrin büdcəsinə təsir göstərib. Neftin qiymətinin artması 2018-ci ildə müsbət şəraiti formalaşdırıb.
Publika.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə çıxışı zamanı deyib.
Palata sədri əlavə edib ki, 2018-ci ilin dövlət büdcəsi milli valyutanın məzənnəsinin sabitliyi çərçivəsində icra edilib: "Habelə qonşu ölkələrdə devalvasiya qeydə alınsa da, manat stabil dinamika nümayiş etdirib.
Qeyd edək ki, “2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilir ki, 2018-ci ildə inflyasiya proqnozlaşdırılan səviyyədən aşağı olub, qiymət artımı tempinin səngiməsinin əsas səbəbi, əvvəlki 3 ildən fərqli olaraq, 2018-ci ildə inflyasiyanın təkanverici determinantları arasında manatın məzənnəsinin dominantlığının aradan qalxması olub.
Hesabat ilinin yanvar-dekabr ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3% inflyasiya qeydə alınıb. 2018-ci il büdcə zərfinə daxil olan məlumatlara görə, inflyasiya 6,1% nisbətində proznozlaşdırılıb. Göründüyü kimi, inflyasiya göstəricisi proqnoz və gözlənilən rəqəmlə müqayisədə müvafiq olaraq 3,8 və 0,8 faiz az olmuşdur. Palatanın rəyində dövlət borcları haqqında qeyd edilir ki, 2018-ci il dövlət büdcəsində bu məqsədlə 2262777,5 min manat məbləğində vəsait nəzərdə tutulub, il ərzində mərkəzi icra hakimiyyəti orqanı tərəfindən 27200,0 min manat azaldılaraq 2235577,5 min manat müəyyən edilib və 100% səviyyəsində icra edilib. İcra edilmiş məbləğ 2017-ci ilin müvafiq göstəricisi ilə 47,7% çox olub. Dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclərin xüsusi çəkisi 2018-ci il dövlət büdcəsi xərclərində 9,8 %, dövlət xidmətləri xərclərində 63,4 faiz olub".
-
Region20:12İtkin düşmüş kişi tabutun içində SAĞ TAPILDI
-
Nəqliyyat18:24ADY valideynlərə çağırış etdi - VİDEO
-
Sosial13:49“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
-
Rəsmi xronika13:14Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
-
Dünya12:13Manila görüşündə ABŞ-a göndərilən “müsbət siqnal” - Rusiya nəyə ümid edir?
-
Elm və təhsil11:35Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video






















.jpg)
.png)



.jpg)

.jpg)










