Pul
IMF: Azərbaycan hökumətinin niyyətini dəstəkləyirik
“Azərbaycan hökumətin dövlət borcu idarəçiliyi strategiyasını alqışlayırıq və onun xarici valyuta ilə ifadə edilmiş borc öhdəliklərini azaltmaq niyyətini dəstəkləyirik”.
Bunu “Report”a müsahibəsində Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Nataliya Tamirisa deyib.
N.Tamirisanın sözlərinə görə, Azərbaycan hökuməti ilə borclanma ilə bağlı Valyuta Fondu hər hansı bir danışıqlar aparmır:
“IMF 2005-ci ildən bəri Azərbaycana kredit verməyib. Azərbaycan IMF-dən maddi yardım istəməyib və bu tip yardımlara ehtiyacı yoxdur. Hazırda Beynəlxalq Valyuta Fondundan borc almaqla bağlı hər hansı bir danışıqlar aparılmayır. Ötən ay Azərbaycana baş tutmuş səfərimizin əsas məqsədi IMF-in Əsasnaməsinin IV Maddəsi üzrə məsləhətləşmələr aparmaqdır. Belə məsləhətləşmələr Fondun üzv ölkələrlə apardığı dialoq siyasətinin bir hissəsidir. Əsasnamənin IV Maddəsi üzrə məsləhətləşmələr çərçivəsində Fondun missiyası iqtisadiyyatda baş verən inkişafını qiymətləndirib və ölkənin iqtisadi və maliyyə vəziyyətini müzakirə edib iqtisadiyyatın icmalını hazırlayırıq. Biz geniş tərəfdaşlarla görüşürük, onlar arasında ölkə rəhbərliyi, biznes və maliyyə ictimaiyyəti və digər maraqlı tərəflər var. Müzakirə etdiyimiz əsas mövzular isə iqtisadi icmal və risklər, fiskal və monetar siyasət, maliyyə sektorunda problemlər və struktur islahatlarıdır”.
IMF rəsmisi təmsil etdiyi təşkilatın Azərbaycana milli valyutada kredit vermək imkanının olmadığını da açıqlayıb:
“Dediyim kimi Azərbaycan IMF-dən maddi yardım istəməyib və ona ehtiyacı yoxdur. Beynəlxalq Valyuta Fondunun qaydalarına əsasən IMF-dən götürülmüş hər hansı borc “Xüsusi Borcalma Hüquqları”na (Special Drawing Rights - SDRs) əsasən hesablanır. Bu hesab vahidinin dəyəri sərbəst istifadə edilən valyutalar səbətinə əsaslanır. Digər beynəlxalq təşkilatlar öz razılığına əsasən yerli valyutada borc verə bilərlər.
Bizim fikrimizcə, yaxşı fəaliyyət göstərən yerli borc bazarının inkişafı vacibdir. Belə bir bazar hökumət üçün sabit bir qaynaq qaynaqlaı təmin edə və digər maliyyə bazarlarının inkişafına təkan verə bilər. Bu baxımdan, hökumətin kapital bazarının inkişaf strategiyasını hazırlamaqda əsas tərəfdaşlarla məsləhətləşmələrini önəmli hesab edirik”
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi












.png)





.jpg)


.jpg)
















