Pul
Azərbaycan 2 milyardlıq kreditdən imtina etdi
Azərbaycanın dövlət borcu sahəsində bütün öhdəliklər yerinə yetirilməkdədir.
Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.
Nazir bildirib ki, orta və uzunmüddətli dövlət borcunun idarə edilməsi strategiyasına tam əməl olunmaqdadır:
“Borcun səviyyəsini endirməyə nail olmuşuq və biz bu səviyyənin saxlanılmasını təmin edirik. Onu da qeyd etmək istərdim ki, eyni zamanda, dövlət tərəfindən bəzi əhəmiyyətli layihələrə dövlət zəmanətləri verilir. O cümlədən belə mühüm layihələrdən biri də Cənub Qaz Dəhlizi layihəsidir.
Sevindirici haldır ki, bu layihə üzrə nəzərdə tutulmuş maliyyələşdirməyə tam ehtiyac yaranmamışdır, lakin xarici maliyyə qurumları ilə danışıqlar aparılmışdı, yəni onlar bu vəsaitləri ayırmağa hazır idilər. Amma birinci paket olaraq biz 2 milyardlıq borclanmadan imtina etdik, buna ehtiyac yaranmamışdı.
İndi də əlavə sevindirici haldır ki, artıq Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi – MİGA ilə bizim Cənub Qaz Dəhlizi şirkəti tərəfindən kredit müqaviləsi bağlanmışdır - 750 milyon dollar məbləğində. İndi isə o kreditin götürülməsinə ehtiyac yoxdur.
Yəni, həm o layihə üzrə qənaət hesabına, həm də layihənin işə salınması ilə əlaqədar bizim o şirkətimiz artıq sərbəst maliyyə axınına malik olub və o, vəsait hesabına bu borcları təmin edir”.
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?















.jpg)




.jpg)


















