Pul
Daha 2 dövlət idarəsində işləyənlərin maaşı artırıldı - 1710 MANATA ÇATDI
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Publika.az-ın məlumatına görə, bununla bağlı Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib.
Dəyişikliyə əsasən, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılaraq aşağıdakı kimi olub:
|
Sıra №-si |
Vəzifələrin adı |
Aylıq vəzifə maaşı (manatla) |
|
1. |
Direktor |
1540 |
|
2. |
Direktorun müavini |
1230 |
|
3. |
Şöbə müdiri, kompüter mərkəzinin müdiri, redaksiya müdiri, baş mühasib |
900 |
|
4. |
Şöbə müdirinin müavini, kompüter mərkəzi müdirinin müavini, redaksiya müdirinin müavini, baş mühasibin müavini |
760 |
|
5. |
Ümumi şöbənin müdiri, kitabxana müdiri |
500 |
|
6. |
Böyük elmi redaktor, iqtisadçı, mühasib |
445 |
|
7. |
Elmi redaktor |
400 |
|
8. |
Kiçik redaktor, komendant, mütəxəssis |
370 |
|
9. |
Avtomobil sürücüsü |
320 |
|
10. |
Arxivçi |
295 |
|
11. |
Yardımçı fəhlə, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyət |
260 |
Qeyd edək ki, qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin də aylıq vəzifə maaşları artırılıb.
Dəyişikliyə əsasən, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun aylıq vəzifə maaşı 1265 manatdan 1710 manatadək artırılıb.
Eyni zamanda, qərarla Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavininin aylıq vəzifə maaşı 1380 manat (indiyədək 985 manat), şöbə müdiri, baş mühasibin aylıq vəzifə maaşı 910 manat (indiyədək 649 manat), baş məsləhətçinin aylıq vəzifə maaşı 630 manat (indiyədək 451 manat), aparıcı məsləhətçinin aylıq vəzifə maaşı 600 manat (indiyədək 429 manat), məsləhətçinin aylıq vəzifə maaşı 585 manat (indiyədək 418 mana), Kargüzarlıq və arxiv işinin aparılması üzrə mütəxəssisin aylıq vəzifə maaşı 340 manat (indiyədək 220 manat), sürücünün aylıq vəzifə maaşı 320 manat (indiyədək 242 manat), xadimənin aylıq vəzifə maaşı isə 260 manat (indiyədək 171 manat) olub.
|
Sıra №-si |
Vəzifələrin adı |
Aylıq vəzifə maaşı (manatla) |
|
1. |
İcraçı direktor |
1710 |
|
2. |
İcraçı direktorun müavini |
1380 |
|
3. |
Şöbə müdiri, baş mühasib |
910 |
|
4. |
Baş məsləhətçi |
630 |
|
5. |
Aparıcı məsləhətçi |
600 |
|
6. |
Məsləhətçi |
585 |
|
7. |
Kargüzarlıq və arxiv işinin aparılması üzrə mütəxəssis |
340 |
|
8. |
Sürücü |
320 |
|
9. |
Xadimə |
260 |
Qeyd edək ki, qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.
-
Sosial13:49“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
-
Rəsmi xronika13:14Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
-
Dünya12:13Manila görüşündə ABŞ-a göndərilən “müsbət siqnal” - Rusiya nəyə ümid edir?
-
Elm və təhsil11:35Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video
-
ABŞ09:33ABŞ daha bir ölkəyə qarşı hərbi əməliyyata başlaya bilər - Müzakirə aparılır
-
ABŞ09:00ABŞ-da növbəti "şatdaun" - Tramp tarix verdi























.jpg)

.png)




.jpg)










