Pul
Avropada kriptovalyutalara etimadın STATİSTİKASI
Bir neçə il bundan əvvəl kriptovalyutalar ilə bağlı yaranan əhval-ruhiyyə, tez varlanmaq həvəsi getdikcə azalmaqdadır. Avropanın bir sıra ölkələrində əhali rəqəmsal valyutadansa, ənənəvi maliyyə vasitələrinə daha çox üstünlük verirlər.
Avropa ölkələri içərisində kriptovalyutaya qarşı ən yüksək etimadsızlıq Avstriyada mövcuddur. “ING DiBa” bankının apardığı araşdırma nəticəsində, sorğuda iştirak edən ölkə əhalisinin 13 faizi kriptovalyutalara müsbət yanaşdığını bildirib. Bununla da Avstriya Avropa ölkələri içərisində sonuncu yerdə qərarlaşıb. Rəqəmsal pula skeptik yanaşanlar sırasında sonrakı yerlərdə Lüksemburq və Niderland Krallığı (hər birində 15 faiz), Almaniya (20 faiz) və Böyük Britaniya (24 faiz) dayanır. Bu ölkələrdə rəyi soruşulanlar qeyri-sabit kursa malik bitkoin və digər rəqəmsal pullardansa, mühafizəkar maliyyə imkanlarına üstünlük veriblər.
Bununla belə, siyahıda kriptovalyutaya müsbət münasibət olan ölkələr də var. Polşa (43 faiz), Rumıniya (44 faiz) və Türkiyədə (62 faiz) rəyi soruşulanların təxminən yarısı virtual valyutaya müsbət yanaşdığını və maaşını bu valyuta ilə almağa hazır olduğunu ifadə edib.
Qeyd edək ki, ötən il Avstriyada respondentlərin 20 faizi rəqəmsal valyutaya müsbət yanaşdığını bildirmişdi. Hazırkı göstərici isə bu ölkədə marağın ilbəil aşağı düşdüyünü göstərir (Azərtac).
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək












.jpg)








.jpg)


















