Pul
Qapıda ödəyin, yoxsa... - Ekspertdən XƏBƏRDARLIQ
"İnternet üzərindən alış-veriş edən zaman plastik kartlardan istifadə etmək ciddi risk yaradır".
Publika.az "Ria Novosti"yə istinadla xəbər verir ki, bu barədə banklar üzrə ekspert Pavel Myasoedov məlumat verib.
O bildirib ki, alınan mallar kuryer tərəfindən ünvana çatdırıldıqdan və yoxlandıqdan sonra qapıda ödəniş etmək lazımdır. Əgər kuryer vasitəsilə çatdırılma mümkün deyilsə əmək haqqı və hesabında daimi pul olmayan kartlardan istifadə edin. Əks halda fırıldaqçılar kartda olan pulunuzu oğurlayacaqlar:
"Bunun qarşısını almaq üçün kompüterinizə və ya mobil telefonunuza mütəmadi olaraq yenilənməsi mümkün olan antivirus yükləyin. Şübhəli sayta keçid edən zaman antivirus xəbərdarlıq edəcək və girişi əngəlləyəcək. Məhsulları satın almadan öncə satıcı haqqında, məhsulun keyfiyyəti və çatdırılma müddəti ilə bağlı xoşagəlməz şərhləri araşdırın. Əgər ətraflı məlumat tapa bilmirsinizsə ondan vaz keçin. Məhsulunu almayın".
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı















.png)

.jpg)



.jpg)
















