Pul
Bu banklarda olan sığortalı əmanətlər QAYTARILIR
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 may 2020-ci il tarixli qərarı ilə “AG Bank” ASC və “NBC Bank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib.
Əmanətlərin Sığortalanması Fondundan Publika.az-a bildirilib ki, “AG Bank” ASC və “NBC Bank” ASC-də yerləşdirilən sığortalı əmanətlər Fond tərəfindən qanunvericiliyə uyğun müddətdə əmanətçilərə qaytarılacaq.
Əmanətlərin qaytarılması üçün sənəd qəbulunun yeri və vaxtı barədə əlavə məlumat veriləcək.
Əlavə olaraq Əmanətlərin Sığortalanması Fondu bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli 2-3 (103)-131/2020 saylı qərarı ilə “NBC Bank” ASC, 14 may 2020-ci il tarixli 2-3 (103)-132/2020 saylı qərarı ilə isə “AG Bank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanıb.
Məhkəmə qərarlarına əsasən, Əmanətlərin Sığortalanması Fondu “NBC Bank” ASC və “AG Bank” ASC-nin ləğvedicisi təyin edilib.
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı















.png)

.jpg)



.jpg)
















