Pul
Bakıda əhaliyə pul paylayan şirkətlə bağlı YENİ XƏBƏR - VİDEO
Video əlavə edilib.
*****
Ötən ilin sonlarına yaxın Bakıda quraşdırdığı, insanlara pul paylayan aparatlarla “(Azpulmat”) gündəmə gəlmiş “Azpul” MMC bank olmayan kredit təşkilatına (BOKT) çevrilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, şirkətin nizamnamə kapitalı kəskin artırılaraq 1 000 manatdan 300 000 manata çatdırılıb ki, bu da BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğundur.
“Azpul”un direktoru Tural Vəliyev açıqlamasında bildirib ki, yaxın vaxtlarda Azərbaycan Mərkəzi Bankından BOKT lisenziyası almağı planlaşdırırlar. Bundan sonra kommersiya qurumunun fəaliyyəti barədə ictimaiyyətə geniş məlumat veriləcək.
Xatırladaq ki, “Azpulmat” aparatları vətəndaşların şəxsiyyət vəsiqəsinin sürəti və barmaq izi əsasında 30 saniyə ərzində 20 manatdan başlayaraq borc verirdi. Həmin borc 5 gün ərzində 21 manat olmaqla geri qaytarılmalı idi. Geriyə ödənişi vaxtında etmiş şəxslər növbəti mərhələdə 40 manat borc ala bilirdilər. Yəni, borc limiti 2 dəfə artırdı və maksimum 1 000 manat ola bilərdi. Bu isə ictimaiyyətin geniş marağına səbəb olmuşdu. Amma bu növ fəaliyyətin hüquqi əsası olmadığı üçün aparatların fəaliyyəti qısa müddətdə dayandırılmışdı.(Report)

-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
























.jpg)















