Pul
Co Bayden də seçilsə... - ŞƏRH
“Federal Ehtiyatlar sistemi kifayət qədər müstəqil siyasət yürütməyə qadir olan bir quruluşdur”
Publika.az xəbər verir ki, bunu Federal Ehtiyyatlar Sisteminin (FES) baza faiz dərəcəsini dəyişilməz saxlaması ilə bağlı fikirlərini bölüşən REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Federal Ehtiyatlar Sisteminin verdiyi qərarlara siyasi təsirlər olsa da, amma daha çox reallıqdan doğan və ümumi prosesə müstəqil baxışları ola biləcək qərarlar alınır: “Yəni uzun illərdir Amerikada belə bir ənənə formalaşıb. Amma Tramp dönəmində onun Federal Ehtiyatlar Sistemini tez-tez tənqid etdiyini və onun qərarlarının yönləndirilməsi ilə bağlı müəyyən fikirlər səsləndirməsinin də şahidi olmuşuq. Yeri gəlmişkən, bu da Amerika tarixində bir ilk idi. Çünki prezidentlər Federal Ehtiyatlar Sistemini müstəqil qurum kimi həmşə tanıyaraq, hörmət edərək işlərinə müdaxilə etmirlər. Amma Federal Ehtiyatlar sisteminin aldığı qərarların məntiqi prezidentlərin, yaxud Ağ Evin mövqeyindən çox az asılıdır”.
Baza dərəcəsinin sıfıra yaxınlaşdığını nəzərə çatdıran N.Cəfərli qeyd edib ki, bundan aşağı olması da mümkün deyil: “Bu da dünyada gedən proseslərlə bağlı idi. Çünki pandemiyanın iqtisadiyyata vurduğu ziyanlara görə dünya, o cümlədən Amerika iqtisadiyyatı daraldı. Bunun nəticəsi olaraq da Federal Ehtiyatlar Sistemi təqribən 5 trilyona yaxın əlavə iqtisadiyyata pul buraxmalıydı ki, bunu da aşağı faizlərin olması məntiqi ilə etmək mümkün idi. Ona görə də faizləri sıfıra yaxınlaşdırdı”.
Cəfərlinin fikrincə, Tramp prezident də qalsa, yaxud Co Bayden də seçilsə, burada ciddi dəyişiklik olmayacaq: “Yəni Federal Ehtiyatlar Sisteminin əsas baxdığı məsələ dünya iqtisdiyyatında baş verən proseslər olacaq, buna uyğun da qərarlar alınacaq və çox böyük ehtimalla ən azı yaxın iki ildə, yəni 2022-ci ilin əvvəllərinə qədər faizin artırılması ilə bağlı hər hansı bir qərarın verilməsi mümkünsüz görünür”.
Qeyd edək ki, ABŞ-ın mərkəzi bankının funksiyalarını yerinə yetirən Federal Ehtiyyatlar Sistemi baza faiz dərəcəsinin illik 0-0,25% səviyyəsində saxlanılmasına dair qərar qəbul edib. Yəni FES ölkənin banklarına dolları ən aşağı faizlə verməkdə davam edəcək.
Şamo Emin
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video


















.jpg)









.jpg)










