Pul
Sığorta şirkətinin 3400 müştərisinə kompensasiya ödənildi
İcbari Sığorta Bürosunun yaydığı məlumatda bildirilir ki, Mərkəzi Bankın qərarı ilə Standard Insurance Sığorta Şirkətinin sığorta fəaliyyəti üzrə lisenziyası ləğv edilmiş və məhkəmənin müflis olma ilə əlaqədar vermiş olduğu qərar 14 Sentyabr 2020-ci il tarixdə qüvvəyə minib.
Publika.az xəbər verir ki, qanunvericiliyə uyğun olaraq İcbari Sığorta Bürosu şirkətlə bağlanmış icbari sığorta müqavilələri üzrə öhdəliklərin həyata keçirilməsi ilə bağlı işlərin icrasına məhkəmə qərarının qüvvəyə mindiyi gündən başlayıb və ötən 55 iş günü ərzində 3400 zərərçəkən fiziki və hüquqi şəxsə kompensasiya ödənişi həyata keçirilib. Ödənişlərin toplam məbləği təqribən 3 330.000 manat təşkil edib.
Qeyd edək ki, İcbari Sığorta Bürosu Standard Insurance Sığorta Şirkəti ilə bağlanan son müqavilə tarixinə qədər baş verməsi ehtimal edilən hadisələrlə bağlı ödənişlərin həyata keçirilməsini davam etdirəcək.
Xatırladaq ki İSB-nin fəaliyyət dövründə bu ikinci haldır. 2017-2018-ci illər üzrə Alfa Sığorta şirkətinin iflası nəticəsində Qurum tərəfindən təqribən 180 hadisə üzrə 311 000 manat kompensasiya ödənişi həyata keçirilib.
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq



















.jpg)
.jpg)

















