Pul
Minimum istehlak səbətinin tərkibi yenilənməlidir - EKSPERT
“Minimum istehlak səbətinin tərkibi ciddi şəkildə yenilənməlidir”.
Publika.az-a bunu bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Ekspertin sözlərinə görə, 2021-ci il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162, 1-15 yaşlı uşaqlar üçün 175 manat götürülüb ki, bu da ortalama 190-200 manat intervalında bir məbləğ deməkdir: “Qanunvericiliyə görə, ən azı 3 ildən bir yenilənməli olan bu səbət sonuncu dəfə 2018-ci ildə sadəcə yeni redaksiyada təsdiq edilib. Lakin 2015-ci ildə edilən yenilənmədən demək olar ki, seçilməyib. Odur ki, bu il başa çatsa da, amma 2021-ci ildə bu məsələyə yenidən baxılmalıdır. Həm də bu dəfə sadə redaktə xarakterli deyil, daha ciddi dəyişikliklərin edilməsinə ehtiyac var. Stuasiya tam təhlil edilərək digər əlavələr olunmalı və mövcud göstəricilərdə müəyyən kəmiyyət dəyişikliyi edilməlidir. Eləcə də əhali indiki kimi əmək qabiliyyətli, pensiyaçı və 0-15 yaşlı uşaqlar olmaqla 3 kateqoriyaya deyil, daha deferensial yanaşmaqla daha çox kateqoriyaya bölünməlidir. Bu təlabat normasının nisbətən adekvat olmasına kömək edə bilər. Eyni zamanda “xidmətlər” bölməsinə müasir dövrün tələblərindən irəli gələn əlavə xidmətlər daxil edilməlidir”.
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq














.jpg)





















