Pul
Azərbaycanda yeni pullar dövriyəyə buraxlır - FOTO
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin müvafiq qərarına əsasən 2021-ci ilin əvvəlindən tədavülə dizaynı və mühafizə sistemləri mövcud konsepsiya çərçivəsində yenilənmiş 1, 5 və 50 manatlıqların buraxılması elan edilib.
Azərbaycan Mərkəzi Bankından Publika.az-a verilən məlumata görə, bununla əlaqədar, ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (nağd ödəniş terminalları, bankomatlar, cash-in/cash out aparatları, pul sayan və emal edən sistemlər, pul yoxlayan detektorlar və s.) yenilənmiş pul nişanlarına uyğunlaşdırılması (adoptasiyası) məqsədilə bütün kommersiya bankları və qeyri-bank ödəniş təşkilatları 20 oktyabr 2020-ci il tarixdə məlumatlandırılıb və müvafiq pul nişanları ilə təmin edilib.
Hazırda AMB tərəfindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarının tədavülə buraxılmasına başlanılır. Yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları hazırda tədavüldə olan eyni nominallı köhnə pul nişanları ilə bərabər hissə-hissə tədavülə buraxılacaqdır.
Qeyd edək ki, hazırda tədavüldə olan köhnə nümunəli pul nişanları yenilənmiş pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi sonacan məhdudiyyətsiz istifadə ediləcəkdir.
Eyni zamanda bildiririk ki, koronavirusla bağlı mövcud pandemiya vəziyyəti ilə əlaqədar hazırda tətbiq olunan məhdudiyyətlər səbəbindən bir sıra qeyri-bank ödəniş təşkilatları (Modenis MMC - “eManat“, Komtec Ltd. - “MilliÖN”, Expressbank ASC - “Expresspay”) istismar etdikləri nağd pul terminallarının yenilənmiş pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) proseslərinin yekunlaşmadığını və bu proseslərin davam etdiyini bildirmişlər. Bununla əlaqədar əhalinin diqqətinə çatdırılır ki, uyğunlaşdırma proseslərinin yekunlaşmasınadək belə terminallarda köhnə nümunəli pul nişanlarının istifadəsi məqsədəuyğun hesab olunur.
Yenilənmiş pul nişanları ilə bağlı əlavə məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsindən əldə edilə bilər.
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl

























.jpg)









