Pul
Neft Fondunun gəlir və xərcləri açıqlandı
2020-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 9 mlrd 360,8 mln manat, büdcə xərcləri isə 12 mlrd 425,3 mln manat təşkil edib.
Publika.az Fonda istinadən xəbər verir ki, 2020-ci il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 mlrd 382,2 mln manat, o cümlədən mənfəət neftinin və qazın satışından 6 mlrd 587,3 mln manat, bonus ödənişləri 767,8 mln manat, akrhesabı ödənişləri 6,7 mln manat, tranzit gəlirləri 20,4 mln manat təşkil edib.
Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 mlrd 978,6 mln manata bərabər olub ki, bu da ümumi gəlirlərin 21,1%-ni təşkil edir. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 3 mlrd 473,9 mln manat təşkil edib.
Ötən il ərzində ARDNF-nin 2020-ci il büdcəsinin icrası çərçivəsində 12 mlrd 200,0 mln manat vəsait dövlət büdcəsinə transfert edilib.
Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 200,0 milyon manat, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 4,1 mln manat yönəldilib. 2020-ci il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 21,2 mln manat təşkil edib.
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
















.jpg)









.jpg)









