Pul
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Avqustun 25-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən Publika.az-a bildirilib ki, hərraca çıxarılan notların həcmi 100 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar sentyabrın 22-də ödəniləcək. Hərracın gedişi zamanı hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən artıq (1 rəqabətli və 1 qeyri-rəqabətli) olmamalıdır və verilmiş sifarişlərin nominal məbləği hərraca çıxarılmış notların həcmindən çox olmamalıdır.
Notların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda, təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğ maksimum 20 faizədək artırıla bilər. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək. Təqdim olunan sifarişlər üzrə qiymət diapozonu 99.5167-99.5543 AZN təşkil edir. Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur


















.jpg)
















