Pul
FES-dən dollarla bağlı KRİTİK QƏRAR: "Siyasət sərtləşdiriləcək..."
Federal Ehtiyatlar Sisteminin (FES) rəhbərliyi ABŞ iqtisadiyyatı üçün risklərə baxmayaraq, pul siyasətinin sərtləşdirilməsi siyasətini davam etdirmək niyyətindədir.
Publika.az xəbər verir ki, Federal Açıq Bazar Komitəsinin (FOMC) çərşənbə günü dərc olunan protokollarında belə deyilir.
Dekabr iclasının protokolunda deyilir: "İştirakçılar ümumi olaraq razılaşdılar ki, inflyasiya mütləq 2 faizə yaxın olduğu halda, məhdudlaşdırıcı siyasətin uzun müddət saxlanılması risklərin idarə edilməsi baxımından məqbuldur".
FES inflyasiyanın 2%-lik davamlı bir yola qayıtmasını gözləyir. Eyni zamanda, iclas zamanı bir sıra FOMC üzvləri iştirakçılara pul siyasətinin daimi sərtləşdirilməsinə qarşı xəbərdarlıq ediblər.
"İştirakçılar ümumiyyətlə qeyd etdilər ki, komitənin gələcək siyasət qərarları barədə məlumat veriləcək və komitə iclaslar keçirərək qərarlar qəbul etməyə davam edəcək, - FES-dən bildirilib.
Dekabr iclasının nəticəsi olaraq ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcəsini 50 baza bəndi artıraraq illik 4,25-4,5%-ə çatdırmaq qərarına gəlib.
FES rəhbəri Cerom Pauel daha sonra bildirib ki, monetar tənzimləyici inflyasiyanın azalması sabit və dayanıqlı olduğu ortaya çıxana qədər baza faiz dərəcəsinin yüksək səviyyədə saxlanmasını məqsədəuyğun hesab edir.
Əvvəllər FES dərəcəsini bir neçə dəfə 75 baza bəndi artırıb, lakin ABŞ-da inflyasiyanın yavaşlaması fonunda daha mötədil tədbirlərə keçib.
Hüseyn İbadlı
-
Magazin107:15"İstirahət burnumuzdan gəldi" - Ayan xoşagəlməz hadisə ilə üzləşdi
-
ABŞ05:45ABŞ İsrailə yanacaqdaşıyan təyyarələr göndərdi - Nəyə hazırlıq gedir?
-
Qoroskop02:44Günün ulduz falı: Qızıl ortanı tapmaq çətin olacaq
-
Dünya02:10Hörmüzdə iki neft tankeri partladı
-
ABŞ00:45ABŞ İrana qarşı ardıcıl yeddinci gecə hücumlarına başladı
-
Ekologiya00:27Bakıda yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
-
Magazin117 İyul 21:39Ömər Eldarov xəstəxanaya yerləşdirildi
-
ABŞ17 İyul 19:40Trampın İrandakı yeni hədəfi - Video












.png)
























