Pul
Dünyada dollar qıtlığı: gələn həftə bizi və cibimizi nə gözləyir?
Dünyada dollar qıtlığı getdikcə artır. ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) həyata keçirdiyi sərt monetar siyasət dünyanın bir saylı valyutasının dövriyyədəki həcmini kəskin şəkildə azaldıb. Ötən həftə “Bloomberg” bir sıra kasıb və inkişaf etməkdə olan ölkələrdə dollar qıtlığının çox ciddi problemlərə yol açdığına dair məlumat yayıb.
FED rəhbəri Cerom Pauellin sərt monetar siyasətin davam etdiriləcəyinə dair açıqlaması martın 21-22-də keçiriləcək iclasda uçot dərəcəsinin gözlənildiyi kimi, 0,25 faiz bəndi deyil, daha kəskin artırılacağından xəbər verir. Artıq maliyyə və fond bazarlarında təlatümlər yaranmağa başlayıb. Belə ki, gözlənilmədən ABŞ-ın ən böyük banklarından biri olan “Silicon Valley Bank” iflas edib. Bu, bütün dünyada böyük təşvişə səbəb olub. “The New York Times”ın yazdığına görə, digər Amerika bankları da problemlərlə üzləşə bilər. Belə ki, “Silicon Valley Bank”ın iflası maliyyə sistemində yeni böhranın başlanğıcı kimi qiymətləndirilə bilər və investorlar pullarını digər banklardan da çəkməyə başlaya bilərlər. Nəşr vurğulayıb ki, bankın müflisləşməsi kredit təşkilatının vəsaitlərin çıxarılması ilə bağlı müraciətlərə baxılması üçün təcili tədbirlər görməsindən iki gün sonra baş verib. Eyni zamanda, bankın investisiya aktivlərinin dəyərinin kəskin azalması “Wall Street” və investorları şoka salaraq, səhmlərin kəskin ucuzlaşmasına səbəb olub.
ABŞ maliyyə və bank sistemində yaranan təşviş ABŞ-ın maliyyə naziri Canet Yellenin xüsusi açıqlama ilə çıxış etməsinə səbəb olub. O, investorları Amerika bank sisteminin sabitliyinə açıq şəkildə əmin edib. Lakin investorların bu vədə inanması ciddi sual altındadır.
ABŞ bankının bağlanması Avropa İttifaqı və Böyük Britaniyada da ciddi rezonansa səbəb olub. Həm Brüssel, həm də London öz bank sistemlərinin qorunması üçün zəruri addımlar atılacağını açıqlayıblar. Bu isə vəziyyətin kifayət qədər ciddi olduğunu göstərir.
Dolların vətənindəki bu təbəddülatlar bütövlükdə dünya maliyyə sistemində ciddi problemlərə yol aça bilər. Bu prosesin sonda qlobal səviyyədə böhranın yaranmasına gətirib çıxaracağı təhlükəsi də kifayət qədər realdır.
Aydın məsələdir ki, qlobal maliyyə böhranının yaranması dünya iqtisadiyyatının bir parçası olan Azərbaycandan da yan keçməyəcək. Dolların bahalaşması, dövriyyədə həcminin azalması ilk növbədə xammal bazarlarında qiymətləri salır. Artıq Cerom Pauellin açıqlamasından sonra neft bazarında qiymətlərin enməsi müşahidə olunmaqdadır. Ötən həftənin son iki günündə Azərbaycan neftinin qiyməti 3 dollardan çox ucuzlaşıb. Bu isə ölkəyə gələn valyutanın həcminin azalması deməkdir.
Onu da qeyd edək ki, fevralın sonlarından etibarən Azərbaycan Mərkəzi Bankının keçirdiyi hərraclarda dollara tələbatın artması müşahidə olunur. Mərkəzi Bank fevralın 28-də 42.7 milyon dollar, martın 2-də 51.7 milyon dollar, martın 7-də 44.8 milyon dollar, martın 9-da isə 17,6 milyon dollar satıb. Dolların bahalaşması, ABŞ bank sistemində yaşananlar Azərbaycanda dollara tələbatı artıra bilər.
Hazırda dünyanın diqqəti ABŞ-dadır. Həftənin ilk iş günündə ölkənin bank sistemində həyəcanlanmanın artması müşahidə olunarsa, bunun ardınca ciddi böhran gətirəcəyi ehtimalı artacaq. Bu isə xammal bazarları, eləcə də ayrı-ayrı ölkələrin iqtisadiyyatları üçün yaxşı heç nə vəd etmir. (Musavat.com)
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama












.jpg)























